2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Nardaran işi” – 3: “Məni döyüb deyirdilər ki, silah-sursat barədə ifadə ver”

Nardaran hadisələrinə görə həbs edilənlərdən 3-cü qrupun işi üzrə məhkəmə davam edir. Bu qrupda ilahiyyatçı Zülfüqar Mikayılov və daha 11 nəfər mühakimə olunur.

Mayın 22-də keçirilən məhkəmə iclasında şahidlər Əli Nurməmmədov və Mövsüm Beydullayev dindirilib. Hər ikisi şahid istintaqdakı ifadələrdən imtina edib. Onlar deyib ki, Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadənin və digər həbs olunanların çevriliş hazırlaması, silahlanması haqda yazılanlar onların fikri deyil. Həmin ifadələri Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində onları dindirənlərin özləri yazıb.

Saytların yığılması Saytlarin yigilmasi

Şahid Əli Nurməmmədov bildirib ki, Tale Bağırzadəni məclislərdən tanıyıb. Bir müddət “İslam həqiqətləri” adlı qəzetdə dizayner işləyib. Dediyinə görə, Tale Bağırzadənin niyə Nardaranda qaldığını da bilməyib.

Amma istintaqdakı ifadəsində yazılıb ki, “Taleh Bağırzadə hakimiyyətə qarşı çıxmağa, dini dövlət qurmağa dair çağırışlar edib; “Taleh Bağırzadənin müraciəti” adlı kitabça olub və onu oxuyandan sonra cırıb tullayıb, çünki oradakı fikirlərlə razılaşmayıb”.

Prokuror bu ifadəni xatırladanda Nurməmmədov deyib ki, o fikirləri təsdiqləmir. Bildirib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ifadə verməmişdən öncə polislər onu saxlayıb. Onu evlərindən tutub aparıblar. Sonra da polisə müqavimət ittihamıyla məhkəməyə çıxarıb, 30 sutka inzibati həbs cəzası veriblər. Həbsdən çıxan kimi də çağırıb ifadə alıblar. “Həmin vaxt elə vəziyyətdə idim ki, adım da yadımdan çıxmışdı. Mən heç vaxt polis, məhkəmə görməmişəm. Bilmirdim ifadəni necə verərlər, oxuyub, sonra imzalamaq lazımdır”, – deyə şahid qeyd edib.

Digər şahid Mövsüm Beydullayev də istintaq zamanı təzyiqlə üzləşdiyini bildirib: “Məni döyüb deyirdilər ki, Nardaranda silah-sursat olması barədə ifadə ver. Mən də imtina etdim. Sonra dedilər “aparın bunu, ifadəsini özümüz yazıb imzalayarıq. Şəxsiyyət vəsiqəmdəki imzaya baxıb, oxşadıb çəkdilər. Tale Bağırzadəni mən internet vasitəsi ilə tanımışam, şəxsi tanışlığım olmayıb. Əbülfəz Bünyadovun evində bir dəfə olmuşam. Həmin vaxt da Taleh Bağırzadə orada yox idi. Onun hakimiyyət əleyhinə çıxışlarını eşitməmişəm. Dedim bizim kənddə silah olmayıb. Bizim silahımız təkbirdir”.

Mövsüm Beydullayevin istintaqa ifadəsində Taleh Bağırovun radikal çıxışlar etməsindən bəhs olunur. Amma Beydullayev vəkillərin suallarını cavablayanda heç “radikal” sözünün mənasını izah edə bilməyib.

“Nardaran işi-3” məhkəməsi iyunun 5-də davam edəcək.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button