2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

“Nardaran işi”: hökm oxundu – Taleh Bağırzadəyə 20, Fuad Qəhrəmanlıya 10 il VİDEO

“Nardaran işi” üzrə məhkəmədə hökmün oxunması başa çatıb. Əməkdaşımız xəbər verir ki, məhkəmə Taleh Bağırzadəyə 20, Abbas Hüseynə 20, Fuad Qəhrəmanlıya 10 il həbs cəzası verib. Digərlərinə verilən cəza baərədə məlumat əlavə olunacaq.

***

«Nardaran işi» üzrə məhkəmə bu gün başa çatır. Hazırda hökm oxunur. 100 səhifədən artıq həcmi olan hökmdən fasiləyə qədər ancaq təqsirləndirilən şəxslər və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olan 18 polisin ifadəsi oxunub. Saat 13-dən 14-ə qədər prosesdə fasilə elan olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Vəkillər bildirir ki, polislərin məhkəmədəki ifadələri təhrif olunub, istintaqdakı ifadələr hökmə köçürülüb.

Prosesdə iştirak edən AXCP sədri Əli Kərimli də fasilə zamanı jurnalistlərə bildirib ki, istintaqda hazırlanmış saxta ifadələr hökmə olduğu kimi köçürülüb. O, bunun ən parlaq nümunəsi kimi müavini Fuad Qəhrəmanlının feysbuk statusları barədə hökmdə yazılanları göstərib. Deyib ki, Qəhrəmanlının statuslarında olmayan, amma istintaqda guya yazıldığı uydurulan ifadələr eynilə hökmə də salınıb. Hərçənd, həmin statuslar ortadadır və məhkəmə zamanı da sübuta yetirildi ki, orada istintaqın iddia etdiyi ifadələr yoxdur.

 

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button