2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Nardaran işi: “Qarışıqlıqda bir dəyənək, bir də əl qandalımı itirdim” VİDEO

Nardaran hadisələri ilə əlaqədar Bakı Ağır Cinayətlər Məhkəməsində mühakiməsi davam edən ikinci qrupun işində zərərçəkənlərin dindirilməsi mərhələsidir. Zərərçəkən qismində tanınanlar isə polislərdir.

Aprelin 14-də keçirilən məhkəmədə Sabunçu Rayon Polis İdarəsinin dörd əməkdaşı – Şahid Abdullayev, Mehman Mədətov, Elnur Şərifov və Xətai Məmmədov dindirilib. Onlar 2015-ci il noyabrın 5-də Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımovun azadlığa buraxılması tələbi ilə bir qrup adamın Sabunçu RPİ-nin qarşısına toplaşması haqda danışıblar. Bildiriblər ki, həmin gün futbol üzrə Azərbaycan yığmasının oyununda asayişi qorumaq üçün stadionda olublar. Stadionda olarkən göstəriş gəlib ki, idarənin qarşısına qayıtsınlar. Çünki ora adamlar toplaşıb, Elçin Qasımovun azadlığa buraxılmasını tələb edirlər.

Saytların yığılması Saytlarin yigilmasi

İdarədən xüsusi geyim vasitələrini götürüb, kütlənin qarşısına çıxıblar, həmin vaxt arxa tərəfdən daş atılıb.

ŞİKAYƏT VƏ TƏLƏBLƏRİ YOXDUR

[youtube https://www.youtube.com/watch?v=dIjMWv7vznI?feature=oembed&w=500&h=281]

Şahid Abdullayev deyir ki, atılan daşlardan biri onun ayağına dəyib, amma onu kimin atdığını görməyib.

Xətai Məmmədov isə qarışıqlıqda bir dəyənək, bir də əl qandalını itirdiyini, üz qoruyucusu və qoruyucu qandalının çatladığını söyləyib.

Mehman Mədətov Elnur Şərifov da onlara yüngül daş dəydiyini bildirib.

Amma onların heç bir şikayət və tələbləri yoxdur.

Polislərdən Şahid Abdullayev prokurorun suallarını cavablandırarkən deyib ki, ora toplaşanları tanımayıb. Amma sonradan eşidib ki, hazırda təqsirləndirilən şəxslər arasında olan Ağaəli Yəhyayev orada xüsusi fəallıq edənlərdən olub.

Vəkillərlə sual-cavabda məlum olub ki, bu polis Ağaəli Yəhyayevin əleyhinə ifadə versə də, onların arasında üzləşmə, tanınma kimi istintaq hərəkətləri keçirilməyib.

GECƏNİ DUSTAQ MAŞININDA KEÇİRİB

Vəkillər Şahid Abdullayevdən Ağaəli Yəhyayevi hardan tanıdığını soruşanda o bildirib ki, onu müvəqqəti saxlama yerində görüb. Amma polis özünün hansı əsasla müvəqqəti saxlama yerinə daxil olmasına aydınlıq gətirə bilməyib.

Bu zaman Ağaəli Yəhyayev bildirib ki, polis yalan danışır, o, ümumiyyətlə, müvəqqəti saxlama yerində olmayıb. Noyabrın 5-də saxlanıldıqdan, idarədə işgəncəyə məruz qalandan sonra gecəni dustaq maşınında keçirib, səhər də məhkəməyə aparılıb. Məhkəmədə qərar çıxarılandan sonra da Binəqədidə inzibati qaydada həbs olunanların saxlanıldığı təcridxanaya göndərilib. Ona görə də bu şəxsin onu Sabunçu Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində görməsi mümkün deyil.

Hakim Mayıl Bayramov Ağaəli Yəhyayevin sözünü kəsib, nəticədə təqsirləndirilən şəxslə hakim arasında mübahisə yaranıb. Bu mübahisə təxminən beş dəqiqə davam edib. Ağaəli Yəhyayev hakimi polisləri yönləndirməkdə, təqsirləndirilən şəxslərin hüquqlarını məhdudlaşdırmaqda suçlayıb. Hakim isə məhkəmənin obyektiv aparıldığını bildirib.

Məhkəmə aprelin 28-də davam edəcək.

 

(azadliq.org)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button