2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Nardaran məhbusu həbsxanada təzyiq altındadır

Abbas Hüseynovun ailə üzvləri ilə telefon danışığına da imkan verilmir

Nardaran hadisələrinə görə 20 il azadlıqdan məhrum edilmiş Abbas Hüseynovun yaxınları onun həyatının təhlükə altında olduğunu deyir. Bu haqda “Azadliq.info”ya danışan yaxınları bildirib ki, saxlandığı Qobustan həbsxanasında iki həftədən çoxdur Abbasın ailə üzvləri ilə telefon danışığı hüququ da məhdudlaşdırılıb.

Saytların yığılması Saytlarin yigilmasi

İki həftə öncə ailə üzvləri ilə telefon söhbətində həbsxanada mütəmadi təzyiqlərə məruz qalması, ölümlə hədələnməsindən danışan Abbas Hüseynovun ondan sonra iki həftə evə zəng eləməməsi yaxınlarını narahat edib. Ailə üzvləri bununla əlaqədar Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyinə məlumat veriblər.

Həbsxanada Beynəlxalq Qırmızı Xaç Komitəsini də aldadıblar

“Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri Qobustan həbsxanasına baş çəkiblər. Həbsxana rəhbərliyi onlara bildirib ki, guya, Abbas özü zəng eləmək istəmir. Əlbəttə ki, bu, inandırıcı deyil. Necə ola bilər ki, qapalı həbsxanada olan məhbus yaxınları ilə danışmaq istəməsin?!”, – deyə Nardaran məhbusunun yaxınları bildirib.

Nəhayət, oktyabrın 1-də Abbas Hüseynov qısa müddətə də olsa, əlaqə saxlayıb və yenə də təzyiq altında olduğunu, öz istəyi ilə evlə əlaqə saxlaması haqda söylənilənlərin yalan olduğunu, həbsxanada ona “radikal” damğası vurulduğunu, incidildiyini bildirib.

Abbas Hüseynov 2015-ci il noyabrın 26-da Nardaranda altı nəfərin ölümü ilə nəticələnmiş polis əməliyyatı nəticəsində həbs olunub. Müsəlman Bilriyi Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadə və Narharan hadisələrinə görə həbs olunmuş daha 16 nəfərlə birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan Abbas Hüseynov 20 il azadlıqdan məhrum edilib. Amma Abbas ittihamları qəbul etmir. Əməliyyatda ikisi polis olmaqla, öldürülən altı nəfərin hamısının əməliyyatı keçirən polislərin özləri tərəfindən qətlə yetirildiyini, özlərinin isə evdə namaz qılarkən hücuma məzru qaldıqlarını, onların heç birində silah olmadığı və ittihamların qurama olduğunu bildirir.

Azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button