2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Nardaran məhbusunun ‘kars’a salındığı bildirilir

«Müsəlman Birliyi» Hərəkatının üzvü, Nardaran hadisələrindən sonra 20 il azadlıqdan məhrum edilən Abbas Hüseynovun cərimə kamerasına (“kars”a) salındığı bildirilir.

Bu haqda AzadlıqRadiosu-na onun yaxınları məlumat veriblər.

Saytların yığılması Saytlarin yigilmasi

Onlar deyiblər ki, aprelin 5-də Abbas Hüseynovla görüşməkdən ötrü təcridxanaya gediblər.

“Ancaq bizə görüşə icazə vermədilər. Kürdəxanı təcridxanası rəhbərliyi görüş verilməməsinə heç bir səbəb göstərmədi”, yaxınları deyiblər.

Onlara bu gün, aprelin 7-də eşidiblər ki, Abbas Hüseynov cərimə kamerasına salınıb.

“Abbas Hüseynov görüşə icazə verilməməsinə etiraz edib. Buna görə onu “kars”a salıblar”, yaxınları bildirib.

Kürdəxanı təcridxanasının rəhbərliyindən bu deyilənlərə aydınlıq gətirilməyib.

Hələlik, məsələyə Penitensiar Xidmətdən də münasibət almaq mümkün olmayıb.

XATIRLATMA

2015-ci il noyabrın 26-sı güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Həmin əməliyyatda iksi polis olmaqla, 6 nəfərin öldüyü bildirilir. Rəsmi bilgilərə görə, hazırda Nardaran olayları ilə bağlı 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında 87 nəfər göstərilir) şəxs həbsdədir.

Daha yüngül maddələrlə ittiham edilənlərə 1 il 6 aydan 6 il 6 aya qədər həbs cəzası verilib.

Qətl və ağır cinayətlərdə ittiham edilən 18 nəfərlik qrupun üzvlərinə isə uzunmüddətli cəzalar kəsilib.

Abbas Hüseynov 20 il həbs cəzası alıb.

Hər biri 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi isə davam edir. Onlar da silahlı iğtişaş və başqa ağır cinayətlərdə ittiham edilirlər. Təqsirləndirilən şəxslər ittihamları qəbul etmir, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini bildirirlər. Onlar bildirirlər ki, saxlanarkən və həbs prosesində ifadələr alınarkən amansız işgəncələrlə üzləşiblər. Ancaq məhkəmədə şahid qismində dindirilən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları işgəncə şikayətlərini yalanlayıblar.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button