2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Nardaranda tutulanlardan birinə 2 il həbs

Sabunçu rayon Məhkəməsi Nardaran hadisələri ilə bağlı həbs edilən Sahib Zəkiyevə 2 il həbs cəzası verib.

«Report»un xəbərinə görə, məhkəmə prosesinə hakim Ziya Şirinov sədrlik edib.

S.Zəkiyev Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr, qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Ötən il noyabrın 26-da güc orqanları Nardaranda xüsusi əməliyyat keçirib. Həmin vaxt ikisi polis olmaqla, yeddi nəfər həlak olub.

«Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırzadə və onun tərəfdarları həbs edilib. Sonradan kənd sakinləri arasında da çoxsaylı şəxs saxlansa da, onların əksəriyyəti sərbəst buraxılıb.

Prokurorluğun məlumatına görə, «Müsəlman Birliyi» Hərəkatı ilə bağlı ümumilikdə 70 nəfər həbsdədir.

«Müsəlman Birliyi» Hərəkat dövlət qeydiyyatından keçməyib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button