2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Nardarandakı dini icma dövlət qeydiyyatına alındı – RƏSMİ

Bakının Nardaran qəsəbəsində fəaliyyət göstərən dini icma dövlət qeydiyyatına alınıb.

Qeydiyyat barədə şəhadətnamə qəsəbədə keçirilən tədbirdə icma rəhbərinə təqdim olunub.

Bu barədə APA-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Komitə sədri qeyd edib ki, “Rəhimə Xanım” məscid-ziyarətgahında qeydə alınan eyni adlı dini icma qəsəbədəki digər məscidlərin də idarəetməsini həyata keçirəcək.

İcmanın rəhbəri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) qəsəbəyə təyin etdiyi qazı Musa Qasımovdur: “Bu icmanın tabeliyində olan məscidlərə QMİ əməli-möft, yəni dini ayinlərin icraçısını da təyin edib”.

Komitə sədri bundan başqa, Nardaranda mədrəsə tikiləcəyini də bildirib.

Qeyd edək ki, Nardaranda Cümə məscidi, Rəhimə Xanım məscidi, Qulam Əli məscidi, Kiçik məscidi və Ağa məscidi var. Ötən ilin sonunda qəsəbədə baş verən məlum hadisələrdən sonra Cümə məscidi istisna olmaqla, digər məscidlərin fəaliyyəti qeydiyyatsız olduğu üçün dayandırılıb.

Bundan sonra Nardaranda yalnız bir icmanın qeydiyyata alınması, digər məscidlərin də o icma vasitəsi ilə mütəvəli (nümayəndə) qaydada idarə olunması barədə qərar qəbul edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button