2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Narkotik satan daha 15 nəfər saxlanılıb

Bakı/25.10.21 Daxili İşlər Naziliyi narkotik satan şəxslərə qarşı mübarizəni davam etdirir.

Paytaxtın Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsi 10 ünvanında yerləşən tikintisi yarımçıq qalmış parklanma yerində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, paytaxt sakinləri Eldəniz Əkbərov, Cavid Məhərrəmov və Vüsal Saydovun üzərində axtarışlar aparılan zaman narkotik vasitələr və onları istifadə etmək üçün lazım olan digər ləvazimatlar aşkar olunaraq götürülüb.

Saytların yığılması Saytlarin yigilmasi

Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son 10 gündə həyata keçirilən digər əməliyyatlar nəticəsində rayonun müxtəlif ərazilərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 12 nəfər saxlanılaraq ərazi üzrə bölmə və şöbələrinə gətiriliblər.

Əməliyyat nəticəsində paytaxt sakinləri – Dəyanət Muxtarov, Sənan Həsənov, Vüqar İbrahimov, İlkin Həsənov, Abbas Məmməfov. Rüfət Ələsgərli, İlkin Əhmədov, Əziz Musayev, Rauf Ələkbərov, Natiq Abbasov, Seymur Daşçıyev və Rasim Rəhimov tutulublar.

Onların üzərindən külli miqdarda narkotik vasitə – heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb. Bu şəxslər izahatlarında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.

Faktlarla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatında deyilir ki,Azərbaycandan bir neçə qanunsuz tranzit narkotik marşrutu keçir. Bunlar- İran – Azərbaycan, İran – Azərbaycan – Rusiya – Yaponiya, İran – Azərbaycan – Gürcüstan – Avropa, İran – Azərbaycan – Rusiya – Ukrayna marşrutlarıdır. Ekspertlərin təhlillərinə görə, bütün istiqamətlər üzrə narkotiklərdən istifadə artıb. Həmçinin ölkəyə gətirilərək dövriyyədən çıxarılan narkotiklərin miqdarı da artmaqda davam edir. -16D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button