2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Narkotik ticarəti ilə məşğul olan şəxslər saxlanılıb

Bakı/10.02.22 Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 6 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat nəticəsində paytaxt sakinləri Rafət Əliyev və Lətif İmanov, həmçinin onların narkokuryerliyə cəlb etdikləri daha 4 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər. Bu şəxslərdən ümumilikdə 1 kiloqrama yaxın heroin, metamfetamin, narkotik vasitələrin onlayn satışı zamanı istifadə etdikləri bank kartları və elektron tərəzilər aşkar edilib. Saxlanılan şəxslər ifadələrində xaricdə yaşayan narkotacirlərlə sosial şəbəkələrdə tanış olduqdan sonra onlar tərəfindən narkokuryerliyə cəlb edildiklərini bildiriblər. -02D-

 

Saytların yığılması Saytlarin yigilmasi

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button