2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Narkotik, yoxsa Rəsulzadə haqqında meyxanaya görə həbs?

Mayın 18-də narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Cavid Babaşov (Sumqayıtlı) Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

2021-ci ilin may ayında həbs olunan və Azərbaycan Cümhuriyyətinin qurucularından Məhəmməd Əmin Rəsulzadə haqqında meyxananın müəllifi kimi tanınan Cavid Babaşov özünü təqsirli bilməmişdi.

Ailə üzvləri bildirmişdi ki, meyxanaçının ara-sıra narkotikdən istifadə etdiyi vaxtlar olub, amma narkotik satışının ona aidiyyəti yoxdur.

Saytların yığılması Saytlarin yigilmasi

Rəsmi məlumata görə, C.Babaşovun üzərinə baxış keçirilən zaman 206 qram narkotik vasitə heroin və elektron tərəzi aşkar edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülmüşdü.

Sosial şəbəkələrdə Babaşovun Rəsulzadə haqqında 2016-cı ildə oxuduğu meyxanasına görə, şərlənərək cəzalandırılması barədə fikirlər yayılmışdı.

Həmin fikirlərin müəllifləri vurğulayırdılar ki, mövcud hakimiyyətin Rəsulzadəyə münasibəti mənfidir. Amma Daxili İşlər Nazirliyi (DİN) isə bu iddiaları təkzib etmişdi.

24 saat” “Narkotik, yoxsa Rəsulzadə haqqında meyxanaya görə həbs?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button