Loading...
Loading...
Gündəm

Narkotiki təbliğ etməkdə ittiham edilən meyxanaçı saxlanıldı

DİN: “Dindirmə zamanı o, hərəkətinə görə peşman olduğunu deyib”

Son günlər sosial şəbəkələrdə və bəzi internet saytlarında bir nəfərin narkotikdən istifadənin açıq təbliğinə həsr etdiyi musiqili meyxanasının videogörüntüsünün yayılması ictimai rezonans doğurub. Cəmiyyətin müxtəlif təbəqələrinin haqlı olaraq böyük narazılığına və etirazına səbəb olub. “Report”un xəbərinə görə, bu barədə DİN-in məlumatında deyilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib ki, DİN rəhbərliyinin tapşırığına əsasən, bununla əlaqədar müvafiq tədbirlər həyata keçirilib.

“Nəticədə dediyi meyxana ilə narkotiki təbliğ edənin Sumqayıt şəhər sakini “Vüqar Səda” ləqəbli Vüqar Abdullayev olması müəyyən edilib. O, Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində aparılmış şəxsi axtarış zamanı “Belamorkanal” papirosuna doldurulub və istifadə edilməsi üçün hazırlanmış marixuana aşkar edilib. Müəyyən olunub ki, V.Abdullayev narkotik istifadəçisidir. İlkin dindirmə zamanı o həmin videonun bir neçə il əvvəl çəkildiyini, bu hərəkətlərinə görə peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirib”.

Xəbərdə bildirilir ki, faktla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün şəhər məhkəməsinə göndəriləcək.

Məsələ ilə bağlı bir gün əvvəl Milli Məclisin deputatı Fazil MustafaFacebooksosial şəbəkəsindəki profilində daxili işlər naziri Ramil Usubova müraciətinin mətnini yerləşdirib. O, yazıb ki, son günlər sosial şəbəkələrdə “Kazbekə şey basım fırranım” adı ilə vidioçəkiliş formasında paylaşılan “mahnı” yayılmaqdadır.

Deputat qeyd edib ki, ifa edilən “mahnı”nın sözlərində bəşəriyyətin ən böyük bəlası olan narkomaniyaya açıq şəkildə çağırış edilir, onun yayılması təbliğ olunur.

“Bu üzdəniraq “mahnı” artıq orta və ali məktəblərdə, çox sayda gənclərin arasında məqsədyönlü şəkildə sürətlə yayılmaqdadır. “Mahnı” adı ilə bu biabırçılıq və rüsvayçılığı yazdıranlar, ifa edənlər, videoya çəkilənlər və onu yayanlar kütləvi şəkildə cinayət əməli törədir. Bununla cəmiyyətin, xüsusilə də gənc nəslin təlim-tərbiyəsinə və sağlamlığına sarsıdıcı zərbə vururlar. Bu çəkilişlərə azyaşlı uşaqların və gənc qızların cəlb olunması isə cəmiyyətdə xüsusi narahatçılıq doğurur”.

Deputat nazirə müraciətində ümid etdiyini bildirib ki, narkomaniyaya qarşı mübarizəyə hər zaman yüksək diqqət yetirən bir səlahiyyətli dövlət xadimi kimi tərəfinizdən qanunlara və əxlaqi dəyərlərə açıq şəkildə meydan oxuyan və onu heçə sayaraq bu zərərli təbliğatla məşğul olanların şəxsiyyətlərini araşdırmaq istiqamətində təcili tədbirlər görüləcək. Deputat zərərli təbliğatı gerçəkləşdirən şəxslərin qanunvericiliyə uyğun şəkildə məsuliyyətə cəlb olunması təmin ediləyinə ümid etdiyini bildirib.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Gözdən qaçırmayın:  Rus zabitləri və Kadırovçular yanlışlıqla bir-birlərini qırıblar - TƏFƏRRÜAT
Back to top button