2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

NASA James Webb teleskopunun ilk fotolarının nə zaman təqdim ediləcəyini elan edib

    James Webb kosmik teleskopunun kosmosa göndərilməsindən yarım il keçib. Kosmosa göndərildiyi andan 1 ay sonra sözügedən teleskopun bütün elmi alətlərinin ayarlanması prosesi reallaşdırılmışdı. Hətta teleskop vasitəsilə bir neçə test foto da çəkilmişdi. İndi isə NASA sonunda 10 milyard dollar dəyərində olan James Webb teleskopunun öz missiyası çərçivəsində ilk fotoları nə zaman təqdim edəcəyini açıqlayıb. Beləliklə NASA-nın verdiyi məlumata əsasən James Webb teleskopu ilk fotoları 12 iyul tarixində təqdim edəcək. Lakin teleskopun hansı kosmik obyektin və ya obyektlərin fotolarını təqdim edəcəyi barəsində məlumat verilməyib. Bu barədə məlumatı NASA gizli şəkildə saxlayır.

Saytların yığılması Saytlarin yigilmasi

    Hələ bir neçə müddət bundan öncə NASA bu teleskop vasitəsilə edilmiş test fotolarını təqdim etmişdi. Təqdim edilmiş test fotolardan birində Böyük Magellan Bulud qalaktikasının bir hissəsi əks edilmişdi. Bundan əlavə olaraq həmin foto ilə Spitzer adlı kosmik teleskop tərəfindən çəkilmiş eyni kosmik sahənin fotosu arasındakı müqayisə də təqdim edilmişdi. NASA bildirib ki, 12 iyul tarixində təqdim ediləcək fotolar teleskopun əsas elmi missiyasının başlamasından öncəki yekun yoxlanışından sonra çəkiləcək. Alimlərin sözlərinə əsasən onlar teleskopun bütün alətlərinin düzgün şəkildə çalışacaqlarına əmin olduqlarına baxmayaraq nəticədə teleskopun ilk elmi fotolarının necə görünəcəklərini təsəvvür belə edə bilmirlər.

24 saat” “NASA James Webb teleskopunun ilk fotolarının nə zaman təqdim ediləcəyini elan edib” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button