2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Nasaz avtomobillər qeydiyyata alınmayacaq

Artıq texniki nasaz olan avtomobillər dövlət qeydiyyatına alınmayacaq.
Bu barədə Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev “Yol hərəkəti haqqında” qanuna edilən dəyişikliyə münasibət bildirərkən məlumat verib.
K.Əliyev bildirib ki, qanunvericiliyə əsasən, indiyə qədər avtomobil nasaz olsa da qeydiyyata alınmalı idi:
“Qanunvericilikdə texniki vəziyyətindən asılı olmayaraq nəqliyyat vasitəsinin dövlət qeydiyyatına alınması göstərilirdi. Avtomobil texniki cəhətdən nasaz olsa da, onu qeydiyyata almamağa səlahiyyətimiz yox idi. Bu dəyişiklik onu göstərir ki, nəqliyyat vasitəsi texniki baxışdan keçməmiş avtomobildirsə, texniki cəhətdən nasazdırsa, qeydiyyata alınmayacaq. Avtomobilin yeni sahibi isə nəqliyyat vasitəsini texniki nasaz vəziyyətdə istifadə edə bilməyəcək. Avtomobil yalnız saz vəziyyətə gətiriləndən sonra qeydiyyata alınacaq”.
Qeyd edək ki, Milli Məclisin plenar iclasında “Yol hərəkəti haqqında” qanuna edilən dəyişikliyə əsasən, nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir.
Trend

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button