2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Natiq Cəfərli həbsdən manatın taleyindən yazdı: 1,95 olacaq

REAL hərəkatının icra katibi Natiq Cəfərli həbsdə olmasına baxmayaraq iqtisadi proqnozlar və böhranla bağlı düşüncələrini bölüşüb.

Vəkili Cavad Cavadov bu gün Kürdəxanı təcridxanasında Natiq Cəfərli ilə görüşüb. Bu barədə vəkil sosial şəbəkədə məlumat paylaşıb. O bildirib ki, Natiq Cəfərli manatın taleyi haqda gözləntilərini dilə gətirib:

Natiq Cəfərli bildirib ki, “Kürdəxanı”dan da manatın taleyini ürək ağrısı və təəssüf hissi ilə izləyir:

Saytların yığılması Saytlarin yigilmasi

“Bu sahədə təcrübə və biliklərə malik olan şəxs kimi deyə bilərəm ki, yaxın həftələrdə manata olan təzyiqlər ciddi artacaq. Əvvəla ölkədə 1,4 mln şagird və tələbə yeni dərs ilinə hazırlaşır. Azərbaycanda qələm, pozan, dəftərdən tutmuş geyimə qədər bütün ləvazimatlar xaricdən gətirilir və yerli istehsal yoxdur. Buna görə dollara tələbat kəskin hiss edilməyə davam edəcək. Bundan əlavə FED yaxın 2 ayda faiz dərəcəsini 1% artıracacaq. Bu və neftin qiymətinin qalxma ehtimalının olmaması (hətta sentyabrdan ABŞ və digər ölkələrdə neftayırma zavodlarının cari təmirə dayanmaları neft ehtiyatlarını daha artıracaq) manata kəskin təzyiqlər nəticəsində məzənnəni yaxın vaxtlarda 1,65 edəcək, növbəti hədəf 1,95 olacaq”.

Xatırladaq ki, Natiq Cəfərli Nəsimi rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə azadlıqdan məhrum edilib. O, qanunsuz sahibkarlıq fəaliyyəti, mənimsəmə və vergidən yayınmada ittiham olunur. Natiq Cəfərli isə ittihamları rədd edir və həbsinin siyasi motivli olduğunu bildirir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button