2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

Natiq Cəfərli: “Terror Qərbin dəstəklədiyi axmaq və avtoritar rejimlərin əsəridir”

“Bu gün geniş yayılmış ağılsız, vəhşi terrorun əsas səbəbkarları elə Qərb dövlətləridir!

Ona görə yox ki, onlar terror təşkilatlarını qurublar, istifadə ediblər. Məhz ona gör ki, onilliklərlə Yaxın Şərq və ərəb coğrafiyasında avtoritar, savadsız, vəhşi rejimləri və liderləri “stabillik” və “maraq” anlayışlarına görə dəstəkləyiblər. Çox səhv yanaşma idi, səhvin nəticəsində indi nə stabillik var, nə də maraqları təmin edilir. Ümid edirəm ki, Qərb dövlətləri və institutları yaxın keçmişdən doğru dərslər çıxardacaqlar, yoxsa mənfur terrorun kökü kəsilməyəcək, çünki bu günki terror illərdir Qərbin dəstəklədiyi məhz o axmaq və avtoritar rejimlərin əsəridir”.
24saat org xəbər verir ki, bunu Respublikaçı Alternativ Hərəkatının (REAL) icraçı katibi Natiq Cəfərli gecə ssaatlarında Fransanın Nitsa şəhərində baş verən terror hadisəsini şərh edərkən deyib.
Natiq Cəfərli qeyd edib ki, harada ədalət pozulursa, seçki hüququ tapdalanırsa, təhsil məhv edilirsə, enində-sonunda xaos olur: “Allah dünyanın istənilən yerində günahsız insanları öz axmaq və fanatik ideologiyalarına görə qətlə yetirənlərə lənət eləsin”.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button