2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

NATO Bakıda kurs keçirəcək

Bakıda Azərbaycan hökuməti və NATO-nun təşkilatçılığı ilə silahlı qüvvələr üzərində mülki nəzarət mövzusunda kurs keçirilir.

Aprelin 4-dən 6-dək davam edəcək kurs Əfqanıstanın dövlət nümayəndələrindən ötrü nəzərdə tutulub.

Saytların yığılması Saytlarin yigilmasi

Bu haqda Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin məlumatında bildirilir.

Kursda Əfqanıstanın müdafiə, xarici işlər, daxili işlər nazirliklərinin, Milli Təhlükəsizlik Departamentinin və parlamentin yüksək səviyyəli rəsmiləri iştirak edir. Onlara silahlı qüvvələr üzərində mülki nəzarət, parlament, digər dövlət qurumlarının öhdəlikləri, milli təhlükəsizlik, kəşfiyyat xidməti, vətəndaş cəmiyyəti və mətbuatın rolu mövzusunda mühazirələr oxunacaq.

Mühazirəçilər qismində NATO ölkələri və Azərbaycanın aidiyyəti dövlət qurumlarının ekspertləri çıxış edəcək.

XİN bu tədbirlərin 2014-cü ildən etibarən Azərbaycan və NATO-nun Alyansın Müdafiə Təhsilinin Təkmilləşdirilməsi Proqramı çərçivəsində birgə təşkil edildiyini qeyd edir.

Məqsəd Əfqanıstanda idarəetmə təhsili və qurumlararası mübadilə sahələrinin inkişafı, bu ölkənin yüksək və orta səviyyəli nümayəndələrinin sözügedən sahədə təcrübə qazanmasına imkan yaratmaqdır.

Xatırlatma

1994-cü ildən başlayaraq Azərbaycan – NATO ilə əməkdaşlığa başlayıb. Bu əlaqələrin əsas tərkib hissəsini hərbi əməkdaşlıq, hərbi modernizasiya, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr və sülhməramlı əməliyyatlar təşkil edib.

2002-ci ildə NATO-nun Praqa sammitində tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirmək məqsədilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) qəbul edilib. 2003-ci ilin mayında Azərbaycan FTƏP-ə qoşulmaqdan ötrü rəsmi müraciət edib. 2005-ci ilin oktyabrında prezident İlham Əliyev Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq Əməliyyat Planını təsdiq edib.

Ancaq Azərbaycan rəsmiləri son illər açıq bəyan ediblər ki, qarşıya NATO-ya üzvilik məsələsi qoyulmayıb.

Müxalifət hesab edir ki, hakimiyyətin NATO ilə əməkdaşlığa sərhəd qoyması iki amillə bağlıdır. Bir tərəfdən hakimiyyət Rusiyanı qıcıqlandırmaq istəmir, ikinci tərəfdən isə islahatlardan çəkinir.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button