Loading...
Loading...
Siyasət

NATO baş katibi Kabildəki hava limanının təhlükəsizliyinin təmin edilməsindəki roluna görə Azərbaycana təşəkkür edib

Bakı/21.08.21 NATO-nun baş katibi Yens Stoltenberq Əfqanistanda Kabildəki hava limanının təhlükəsizliyinin təmin edilməsindəki həyati roluna görə Azərbaycana təşəkkürünü bildirib. Bu barədə Stoltenberq avqustun 20-də NATO ölkələrinin xarici işlər nazirlərinin növbədənkənar iclasından sonra keçirdiyi mətbuat konfransında deyib.

NATO nümayəndələri 24 saat Kabil beynəlxalq hava limanda çalışırdı, bu da minlərlə insanın ölkə tərk etməsinə imkan verdi. NATO-dakı müttəfiqlərimizə, xüsusilə Kabildəki hava limanının təhlükəsizliyinin təmin edilməsindəki həyati rollarına görə Türkiyə, ABŞ və İngiltərəyə, həmçinin tərəfdaşımız olan Azərbaycana təşəkkürümü bildirirəm”, – deyə Şimalı Atlantika Blokunun baş katibi deyib.—06D-

 

Mənbə
“24 saat”

Gözdən qaçırmayın:  ABŞ Rusiya üçün hava məkanını bağlayır

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button