2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

NATO-dan Türkiyənin Afrin əməliyyatına dəstək

İspaniyada səfərdə olan NATO-nun Baş katibi Jens Stoltenberg qapalı rəsmi görüşlərdən sonra İspaniyanın müdafiə naziri Maria Dolores de Cospedal ilə birgə mətbuat konfransı keçirib. O, Katalonyadaki vəziyyəti “konstitusiya çərçivəsində yoluna qoyulması lazım olan milli və yerli bir problem” şəklində şərh edib. Rusiyanın həm Katalonyaya, həm də başqa ölkələrə müdaxiləsinin “qəbul edilməz” olduğunu bildirib. “Birləşmiş və güclü bir İspaniya”nın ittifaq üçün önəmli olduğunu deyən Stoltenberg, buna görə də, daxili məsələlərə qarışmadıqlarını vurğulayıb.

Stoltenberg TSK-nn Afrin bölgəsində terror təşkilatları PYD / PKK və DEAŞ-a qarşı başladılan “Zeytin budağı” Hərəkatına münasibət bildirib. O deyib: “Türkiyə, ən çox terror hücumuna məruz qalan NATO üzvüdür. Türkiyənin də digər ölkələr kimi özünü müdafiə haqqı var, ancaq bunun uyğun, ölçülü bir şəkildə edilməsi önəmlidir. Prezident Ərdoğan ilə keçən həftə danışdım. ABŞ daxil olmaqla, başqa əlaqədar ölkələrlə sıx əlaqə saxlayırıq. Suriyanın şimalında gördüyümüz sınamalar qarşısında ən yaxşı yolu tapmaq üçün ABŞ və Türkiyəni birbaşa əlaqə yaratmağa çağırıram.”

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button