2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

NATO Gürcüstanı ‘üzvlüyə hazır olmağa’ çağırır


NATO-nun baş katibi Jens Stoltenberg sentyabrın 29-da Gürcüstanın baş naziri Giorgi Qaxariya ilə görüşündən sonra deyib ki, “Gürcüstan NATO-nun ən mühüm partnyorlarından biridir”.

Baş katib çıxışında Gürcüstan ordusunun NATO-nun Əfqanıstandakı missiyasında iştirakını təqdir edib:

“Biz birlikdə gördüyümüz işlərlə fəxr etməliyik və siz bizim şərikli təhlükəsizliyimizə, bizim missiya və əməliyyatlarımıza töhfənizdən qürur duymalısınız”.

Saytların yığılması Saytlarin yigilmasi

Stoltenberg yada salıb ki, bu ilin əvvəllərində müttəfiqlər NATO-Gürcüstan münasibətlərini daha da inkişaf etdirmək barədə razılığa gəliblər.

 

Rusiyaya çağırış

NATO-nun Gürcüstanla Qara dənizdəki əməkdaşlığından danışan Stoltenberg deyib ki, alyans Gürcüstanla hava nəqliyyatı radar məlumatı ilə paylaşmağı qərara alıb.

Onun sözlərinə görə, NATO və Gürcüstan arasında Qara dəniz hövzəsində şərikli təhlükələrə qarşı birgə təlimlərin keçirilməsi nəzərdə tutulur:

“NATO beynəlxalq birlik tərəfindən tanınmış sərhədlər daxilində Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Biz Rusiyanı Abxaziya və Cənubi Osetiyanın tanınmasını dayandırmağa və bu bölgələrdən öz qüvvələrini çıxarmağa çağırırıq”.

Stoltenberg bildirib ki, Gürcüstan islahatların həyata keçirilməsində uğurlar əldə edib.

 

Demokratiya əsas şərtdir

NATO-nun baş katibi deyib ki, Tbilisi öz silahlı qüvvələrinin modernizasiyasında və demokratiyanın gücləndirilməsində tərəqqiyə nail olub:

“Mən sizi NATO-ya daha yaxın gəlmək məqsədilə bütün imkanlardan tam istifadə etməyə, üzvlüyə hazır olmağa çağırıram. Biz Gürcüstanın gələn ay keçiriləcək seçkilərin beynəlxalq standartlara uyğun olmasını təmin edəcəyinə inanırıq. Bu Gürcüstan və NATO üçün çox mühümdür”.

NATO-nun saytında deyilir ki, baş katib alyansa olan şəxsi sədaqətinə görə baş nazir Qaxariyaya təşəkkürünü bildirib.

Stoltenberg bildirib ki, “NATO-nun Gürcüstanla partnyorluğu bizim hamımız üçüz daha salamat və təhlükəsiz mühit yaradır”.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button