2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

NATO rəhbəri Ukraynaya dəstək üçün Vaşinqtona gəlib

Bazar ertəsi ABŞ prezidenti Co Bayden və NATO rəhbəri Yens Stoltenberq uzunmüddətli perspektivdə Ukraynaya dəstəyi müzakirə etmək üçün görüşüblər, Turan-ın Vaşinqton müxbiri bildirib .

“Mən təhlükəsizlik sahəsində Ukraynaya yardım göstərilməsində NATO-nun  aparıcı rol oynayacağını gözləyirəm”, – baş katib görüşün yekunları ilə bağlı Turan-ın Vaşinqton müxbirinin sualına cavabında deyib.

Onun sözlərinə görə, NATO-nun Ukraynaya dəstək üzrə yeni qərargahı Visbadendə (Almaniya) yerləşəcək. Ukrayna üçün logistik dəstək oradan təmin olunacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Görüş zamanı Stoltenberq  Baydenə bildirib ki, NATO üzrə rekord sayda müttəfiq (32-dən 23-ü) bu il müdafiə xərclərini artırıb. Bu 2021-ci ildə olduğundan təxminən dörd dəfə çoxdur, o zaman yalnız altı ölkə zəruri  miqdarda vəsaiti müdafiə üçün xərcləmişdi.

Stoltenberqin Vaşinqton görüşü onun Avropada daha çox nüvə silahı yerləşdirməyi təklif etməsindən bir gün sonra baş tutub.

Öz növbəsində, Dövlət Departamentinin nümayəndəsi Metyu Miller Turan-ın müxbirinə bildirib ki, “vəziyyətin eskalasiyası ilə Rusiya məşğuldur,  NATO və ABŞ yox”.

Bu gün Stoltenberq dövlət katibi Entoni Blinkenlə görüşəcək və senatorlarla söhbət edəcək. Sabah o, baş nazir Castin Trüdo ilə görüşmək üçün Ottavaya gedəcək. Cümə axşamı Vaşinqtona qayıdacaq və milli təhlükəsizlik üzrə müşavir Ceyk Sallivan və ABŞ Konqresinin üzvlərilə məsləhətləşmələr aparacaq.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button