2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

NATO rəhbəri: Alyans “yeni Soyuq Müharibə istəmir”

NATO Rusiya ilə qarşıdurma axtarmır və daha bir Soyuq Müharibə istəmir, baş katib Jens Stoltenberg BBC-yə deyib.

Əlavə olaraq 4 min qoşunun şərqi Avropaya yerləşdirilməsi münaqişə yaratmaq deyil, qoruma məqsədi daşıyır, o deyib.

O əlavə edib ki, hazırki təzyiqlərə baxmayaraq Alyans Rusiyanı təhlükə kimi görmür.
Qərb və Rusiya arasında münasibətlər Soyuq Müharibədən bu yana ən aşağı həddədir.
2014-cü ildə Rusiya Krım adasını ilhaq etdikdən sonra ABŞ və Avropa İttifaqı bu ölkəyə sanksiyalar tətbiq edib.

Saytların yığılması Saytlarin yigilmasi

Rusiya prezidenti Vladimir Putin bu ittihamları rədd edərək deyib ki, Rusiyanın Avropa üzərində aqressiv hərbi layihələri olması “gülməlidir”.
Putin NATO-nu niyə hədələyir?
Əliyev, Poroşenko və Erdoğan NATO sammitində
Min qoşundan ibarət çoxmillətli NATO batalyonları gələn ilin əvvəli Polşa, Estoniya, Latviya və Litvada cəbhə boyu yerləşdiriləcək.

Onlara ABŞ, Böyük Britaniya, Kanada və Almaniya rəhbərlik edəcək.
Rusiya ilə qarşıdurma axtarmaqdansa NATO “əməkdaşlığın daha da gücləndirilməsini və konstruktiv münasibətlərin qurulmasını” davam etdirir, cənab Stoltenberg deyib.
“Lakin biz bunu kollektiv müdafiə əsasında- daşındırmaqla etməliyik.”
NATO hesab edir ki, Rusiyanın qərb sərhədlərində 330 min qoşunu var.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button