2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

NATO: “Rusiya Ukraynanın təşkilata üzv olmasını əngəlləyə bilməyəcək”

“Hansısa digər ölkənin buna qarışmaq səlahiyyəti yoxdur. Ukrayna müstəqil və suveren dövlətdir. O özü inkişaf istiqamətini seçmək hüququna malikdir. Rusiya Ukraynanın təşkilata üzv olmasını əngəlləyə bilməyəcək”.

Reuters“-in oktyabrın 22-də verdiyi xəbərə görə, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə keçirilən mətbuat brifinqində söyləyib.

Baş katibin sözlərinə görə, Rusiya Ukraynanın NATO-ya üzv olmasından narahatlıq keçirməməlidir, “çünki NATO müdafiə alyansıdır”.

Saytların yığılması Saytlarin yigilmasi

Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Valday Beynəlxalq Diskussiya Klubunun plenar iclasında Şimali Atlantika Alyansının Ukraynadakı mövcudluğunun ölkəsi üçün təhlükə yaratdığını bəyan etmişdi.

“Ukraynanın NATO-ya rəsmən üzv seçilməsi bəlkə də, baş tutmayacaq. Amma ərazinin hərbi cəhətdən mənimsənilməsi prosesi artıq gedir. Bu, həqiqətən də Rusiya Federasiyası üçün təhlükə yaradır. Biz bunun fərqindəyik”, – deyə Rusiya lideri qeyd etmişdi.

Toplum TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button