2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

NATO-ya girmək üçün ölkənin adını dəyişirlər

Makedoniya hakimiyyəti NATO üzvləri ilə quruma üzv olmaq üçün ölkənin adının dəyişdirilməsini müzakirə edəcək. Makedoniya Yunanıstanın narazılığını aradan qaldırmalıdır. Yunanlar Makedoniya Respublikasının adını tarixən səhv hesab edirlər, çünki Yunanıstanın şimal hissəsi də Makedoniya adlanır.
1991-ci ildə müstəqilliyini elan edən Makedoniya 1993-cü ildə BMT-yə “Keçmiş Yuqoslaviya Respublikası Makedoniya” (FYROM) adı ilə üzv olub. Böyük ehtimalla NATO-ya üzvlük üçün də bu ad müzakirə ediləcək. Respublikanın adı ilə bağlı mübahisə ölkənin Yunanıstanla münasibətlərindən problem yaranmışdı və bu yunan tərəfinin 18 aylıq iqtisadi bloka tətbiq etməsi ilə nəticələnmişdi.
Afina iddia edir ki, Makedoniya Pespublikası adı “Skopye Respublikası”, “Yuxarı Makedoniya Respublikası” yaxud “Vardar Makedoniya Respublikası” adı ilə əvəzlənsin.
Makedoniyanın xarici işlər naziri Nikola Dmitrov Yunanıstanla dialoqa ümid etdiklərini və ölkənin yeni adı ilə bağlı müzakirənin referenduma çıxarılacağını deyib.
Makedoniya 2018-ci ilin yazına qədər NATO-ya üzv ola bilər.

Fizzə

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button