2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

NATO yeni qlobal təhlükələr qarşısında öz hüdudlarını genişləndirir

Şimali Atlantik Müqavilə Təşkilatının əsasında Avropa və Şimali Amerikanın müdafiəsi dursa da, alyans yeni qlobal təhlükələr qarşısında öz hüdudlarını genişləndirir. Şimali Koreyanın raket və nüvə silahları proqramlarını inkişaf etdirməsi NATO-nu Asiya-Sakit okean regionunda fəaliyyətini genişləndirməyə vadar edir.

Şimali Koreyanın Kim Conq Un və ABŞ prezidenti Donald Tramp arasında zirvə görüşünün müqabilində nüvə testlərini dayandırmasına işarə etməsinə baxmayaraq, NATO Pxenyanın nüvə ambisiyalarının eyni olduğunu bildirir.
Alyansın baş katibi Yens Stoltenberq Şimali Koreyanı qlobal təhlükə kimi təsvir edib.

“Şimali Koreyanın düşüncəsiz davranışı qlobal cavab tələb edən qalob bir təhlükədir və bu, NATO-ya da aiddir.”

Saytların yığılması Saytlarin yigilmasi

Atlantika Şurasında müdafiə və siyasət məsələləri üzrə ekspert Barri Pavel:

“Mən baş katiblə razıyam. Regional çərçivədən kənar çıxan imkanların görə Şimali Koreyanın raketləri az bir müddət içərisində təkcə Birləşmiş Ştatlar deyil, Avropa və başqa yerlərdə də hədəfləri vurmaq qabiliyyətinə malik olacaq.”

Barri Pavel əlavə edir ki, nüvə silahına malik Şimali Koreyanın qarşısını almaq kimi perspektiv Atlantik və Sakit okean hövzələrini əhatə edən bölgələrdə birlik və güclü tərəfdaşlıq qurulmasını tələb edir.

“NATO-nun Sakit okenada mövcudluğu məsələsi, alyansın bu bölgəyə getməsi kimi qəbul edilirdi. Amma fikrimcə, hazırda əsas məsələ Sakit okean bölgəsinin NATO-ya gəlməsindən ibarətdir.”

2003-2006-cı illərdə NATO-da xidmət edən general Ceyms Cons Asiya-Sakit okean regionunun rəsmiləri ilə görüşlər keçirib.

“Avstraliyadan Pakistana qədər, istəyirsiniz inanın, istəyirsiniz inanmayın, dünyanın başqa bölgələrindən olan ölkələr NATO haqda daha çox bilgi almaq istəyir. Mən hesab edirəm ki, bu, NATO-nun gələcəyidir. Amma mən ümid edirəm ki, NATO-nun qlobal istəkləri üçün müəyyən çərçivə var. Mən ilk olaraq tərəfdaşlıq münasibətlərindən başlayardım və sonra baxardım ki, işlər necə gedir.”

NATO-nun Sakit okean hövəzisində dörd tərəfdaşı var. Bunlar Avstraliya, Yaponiya, Yeni Zellandiya və Cənubi Koreyadır.

Avstraliya və yeni Zellandiya NATO qüvvələrinin tərkibində Əfqanıstanda yerləşdirilib. Yaponiya və Cənubi Koreya isə Əfqanıstanda bərpa və inkişaf layihələrinə böyük töhfə verib.

Bu dörd ölkənin hamısı Somali sahillərində NATO-nun piratlara qarşı mübarizə səylərində iştirak edib. Onların hamısı NATO ilə rəsmən tərəfdaşlıq münasibətlərinə dair razılıq imzalayıb.

Eksperlərin bildirdiyinə görə, bundan başqa, Tailand, Malayziya və Sinqapur da NATO ilə tərəfdaşlıq münasibətlərinin yaradılmasınd maraqlıdır. Hindistan və İndoneziya da alyansla güclü əlaqələr yaradılmasını istəyir.

Qlobal səviyyədə təhlükəsizliklə bağlı hədələrin olduğu bir dövrdə Qərbin alyansının öz mandatını genişləndirməsi normal bir haldır. Bu fikri NATO-nun keçmiş yüksək səviyyəli komandiri olmuş general Ceyms Cons söyləyir.

“Şimali Atlantik Alyans Rusiyanı çıxmaq şərti ilə Avropanı müdafiə etmək üçün qurulmuş bir alyans kimi çox bahalı bir layihədir. Çünki Rusiya Avropanı müdafiə etmək üçün qüvvəyə malik deyil.”

1949-cu ildən yarandığı vaxtdan NATO-nun əsas diqqəti tədricən dəyişir.

Alyans 1950-ci illərdə sovet təhlükəsinə qarşı əsas dayaq idi.

1960-cı və 70-ci illərdə NATO gərginliyin azaldılması üçün siyasi bir alət rolunu oynayırdı.

1990-cı illərdə NATO Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində yeni tərəfdaşlar və müttəfiqlərlə sabitləşdirilmə səylərinin önündə idi.

Hazırda 21-ci əsrdə isə qlobal müdafiə ilə əlaqədar yeni qlobal risklər qarşısında NATO yenidən dəyişiklik dövründədir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button