2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Navalnı Google, Apple, YouTube və Telegram-ı tənqid edib

Rusiyanın müxalif siyasətçi Aleksey Navalnı “Ağıllı Səsvermə” tətbiqini blokladıqları üçün Google, Apple, YouTube və Telegram şirkətlərini tənqid edib.

Navalnı Apple və Google nəhənglərinin Kremlin tələblərinə uyğun olaraq, tətbiqi sildiyini bildirib. O, səhifəsində Putinin “ekstremist” hesab etdiyi proqramlarda yalnız bölgələrdəki müxalifət namizədlər haqda məlumatlar verilirdiyini deyib.

“Son seçkilərdə məni bir şey, nəticələri saxtalaşdıran Putin yox, qüdrətli Big Tech-in ona itaət etməsi təəccübləndirdi.

Saytların yığılması Saytlarin yigilmasi

Apple və Google nəhəngləri Kremlin tələblərini yerinə yetirərək, tətbiqimizi sildi. Sevdiyim YouTube videomuzu sildi və Telegram messenceri botumuzun işinə mane oldu. Putinin “ekstremist” adlandırdığı bu proqramlarda yalnız seçki dairələrindəki müxalif namizədlər haqqında məlumatlar var idi.

Qanuna və sağlam düşüncəyə görə, hər birimizin kiməsə səs verməyə (və ya səs verməməyə) çağırmaq haqqımız var.

Bizim vəziyyətimizdə hakim partiyanı sıxışdırmaq üçün seçiciləri istiqamətləndirmək niyyəti cinayət elan edildi və Big Tech bununla razılaşdı. Beləliklə, Big Tech avtoritar bir oğrunun İnterneti ələ keçirib öz alətinə çevirməsinə, özünə tabe etməsinə razı oldu.

İnternetin möhkəm həyat prinsipləri olan, azadlıqsevərlər tərəfindən idarə olunması bir şey, eyni zamanda sükan arxasında qorxaq və acgöz olanların olması tamamilə başqa bir şeydir.

Müasir dövrün çətinliklərindən biri də budur ki, yalançı peyğəmbərlər indi bizə qoyun dərisində deyil, müasir gödəkçə və dar cins şalvarda gəlir. Nəhəng ekranların fonunda bizə “dünyanı daha yaxşı bir yer halına gətirməyi” tövsiyə edir, amma içləri yalan və mənfurluqla doludur.

Mətbuat yazır ki, Kreml Big Tech-i həbs ediləcək işçilərinin siyahısını göstərərək təhdid edib. Əgər belədirsə, bu barədə susmaq ən ağır cinayətdir. Bu, girov götürən terrorçunu təşviq etməkdir.

Google, Apple və s.də işləyənlərin çoxunun vicdanlı və yaxşı insanlar olduğunu bilirəm və müdirlərinin qorxaqlıqlarına baş əyməməyə çağırıram” – deyə, Navalnı yazıb.

Dövlət Duması seçkilərdən əvvəl Apple və Google-dan Navalnı və”Ağıllı Səsvermə” tətbiqlərinin App Store və Google Play-dən silinməsini tələb edərək, bunun “Rusiya seçkilərinə müdaxilə” kimi qiymətləndiriləcəyini bildirib. Sonradan məlum olub ki, Google Docs (Sənədlər) Xidməti “Ağıllı Səsvermə” tərəfindən tövsiyə edilən namizədlərin siyahısı olan iki sənədi bloklayıb.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button