2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Navalnı görmə qabiliyyətini itirə bilər

Müxalifət lideri ona qarşı hücumun prezident administrasiyasından təşkil edildiyini deyir

Aprelin 27-də “zelyonka” hücumuna məruz qalan Rusiyalı müxalifətçi Aleksey Navalnı görmə qabiliyyətini itirə bilər. Bu barədə o öz saytında yazıb.

Saytların yığılması Saytlarin yigilmasi

O bildirib ki, üzünə “zelyonka” atılandan sonra gözündə yaranan kimyavi yanığı Moskvanın ən yaxşı oftalmoloqlarından biri müalicə edir. “Həkim hesab edir ki, üzümə başqa maddə ilə qarışığı olan “zelyonka” atılıb. Çünki təkcə “zelyonka” ilə göz belə yana bilməz. Onunla razıyam. Barnaulda gözümə “zelyonka” atdılar, biraz yandırdı, ancaq 10 dəqiqədən sonranormal görürdüm, gözlərim qızarmamışdı”, – deyə Navalnı bildirib.

Onun sözlərinə görə, gözünün kimyavi yanığının sağalmayacağı  ehtimalı  var.

Navalnı həmçinin hücumun kim tərəfindən təşkil edilə biləcəyinə də toxunub: “Heç bir şübhəm yoxdur, əminliyim də  faktlara əsaslanır ki, hücumu prezident administrasiyası təşkil edib”.

Fizzə

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button