2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Navalnı işində FSB agentlərinin izinə düşənlər saxlanıb

Rusiya hakimiyyəti Federal Təhlükəsizlik Xidmətinin (FSB) agentlərinin şəxsi datasını qanunsuz əldə etməkdə şübhəli bilinən üç nəfəri saxlayıb. Həbsdə olan müxalifətçi Aleksey Navalnı həmin agentləri ötən il onun zəhərlənməsində əli olmaqda ittiham edir.

Özəl təhqiqat firmasından olan üç şübhəli Navalnı və həmkarları adından FSB agentlərinin mobil telefon fakturası datasını yığmaqda şübhəli bilinirlər. Xəbəri hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadla TASS xəbər agentliyi və Baza xəbər vebsaytı yayıb.

Müştərilərinin Navalnı olduğunu bilməyiblər

Saytların yığılması Saytlarin yigilmasi

“Saxlananların əldə etdiyi informasiyanın bir qismi Navalnının araşdırmalarından birində istifadə olunub”, – TASS mənbəyə istinadla yazır.

Pyotr Katkov, Aleksandr Zelentsovİqor Zaytsev adlı üç şübhəli saxtakarlıqda və gizlilik qanunlarının pozulmasında ittiham olunur.

Ancaq hüquq-mühafizə əməkdaşlarının fikrincə, şübhəlilər müştərilərinin Navalnı olduğunu bilməyiblər. Müxalifətçi onu zəhərləmədən öncə izlədiyi deyilən FSB agentlərinin hərəkətlərini xəbər orqanları ilə birlikdə araşdırırdı.

Dekabrda Bellingcat araşdırmaçı vebsaytı, The Insider, CNN, Almaniyanın Der Spiegel jurnalı FSB komandasına bağlılıqda şübhəli bilinən səkkiz nəfərin adını yaymışdı. Həmin şəxslərin Navalnının zəhərlənməsindən qabaq üç il ərzində növbə ilə səyahətlərində onu izlədiyi iddia olunurdu.

Xatırlatma

Navalnı yanvarda Almaniyadan müalicədən qayıdarkən Moskva aeroportunda saxlanıb. Avropanın bir neçə laboratoriyası onun ötən ilin avqustunda Sibirdə sinir qazıyla zəhərlənməsini təsdiqləmişdi.

Fevralda isə Moskva məhkəməsi Navalnının mənimsəmə ittihamıyla çəkdiyi şərti cəzanın şərtlərini pozduğunu deyərək onu 2 il yarım həbsə məhkum edilib. Mənimsəmə işi də siyasi motivli hesab olunurdu.

Navalnı zəhərlənməsinin arxasında Prezident Vladimir Putinin dayandığını deyir, Kremlsə ittihamları rədd edir.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button