2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Navalnı” “Oskar” aldı

Yayımlandı: 13 Mart 2023 14:04

Həyat yoldaşı: “Ərim həqiqəti dediyinə görə həbsdədir”

Kanadalı rejissor Daniel Roerin rejissorluğu ilə çəkilmiş “Navalnı” “Ən yaxşı sənədli film” nominasiyasında “Oskar”a layiq görülüb.

Saytların yığılması Saytlarin yigilmasi

Rejissor mükafatı rusiyalı müxalifətçi Aleksey Navalnının xanımı və övladları ilə birlikdə alıb.

Ərim həqiqəti dediyinə, demokratiyanı müdafiə etdiyinə görə həbsdədir. Aleksey, mən sənin və ölkəmizin azad olacağı günü arzulayıram”, – Navalının xanımı Yuliya çıxışı zamanı belə deyib.

“Navalnı” sənədli filmi müxalifətçinin 2020-ci ilin yayından 2021-ci ilin yanvarına qədər həyatında baş verən hadisələri əks etdirir.

2021-ci ilin fevralında Rusiyanın Federal Penitensiar Xidmətinin tələbi ilə Aleksey Navalnının “İv Roşe” işi üzrə şərti cəzası ləğv edilərək 3,5 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib.

2013-cü ilin oktyabrında Aleksey və Oleq Navalnı qardaşlarına qarşı “İv Roşe – Vostok” şirkətindən 26 milyon rubl və daha bir şirkətdən 4 milyon rubl (birlikdə 30 milyon rubl – 500 min dollar) dəyərində vəsait mənimsəməklə bağlı ittiham irəli sürülüb.

Foto: Reuters

2022-ci ilin martında isə Moskvanın Lefortovo Rayon Məhkəməsi həbsdə olan siyasətçini dələduzluq və məhkəməni təhqir etməkdə təqsirli bilərək 9 il müddətinə azadlıqdan məhrum edib.

2021-ci ilin avqustunda Tomskdan Moskvaya uçarkən hava limanında zəhərlənən rusiyalı müxalifətçi Aleksey Navalnı Almaniyaya aparılıb.

Rejissor Daniel Roer də Navalnı ilə orada müalicə aldığı vaxt görüşüb.

Navalnı kimyəvi maddə ilə zəhərlənməsində Rusiya Prezidenti Vladimir Putini günahlandırıb.

Kreml Navalnının zəhərlənməsində hər hansı rolunun olmadığını bildirib.

Aleksey Navalnı , Lisa-Lisa/shutterstock

“Navalnı” filmi bu ilin fevralında Britaniya Kino və Televiziya Sənəti Akademiyasının (BAFTA) “Ən yaxşı sənədli film” nominasiyası üzrə də qalib seçilmişdi.

“Oskar” mükafatının builki qalibləri məlum olub.

“Ən yaxşı film” nominasiyasında – “Everything Everywhere All at Once” filmi mükafatlandırılıb.

“Ən yaxşı rejissor” – “Everything everywhere all at once” filminə görə  Dan Kvan, Daniel Şeynert seçiliblər.

Aktyor Brendan Freyzer – “The Whale” filminə görə ilin “Ən yaxşı aktyor”u seçilib.

“Ən yaxşı aktrisa” isə “Everything everywhere all at once” filminə görə  – Mişel Yeoh seçilib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button