2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏDünya

Navalnını dəstəkləmiş ruhani Rusiyanı tərk edib

Rusiyada həbsdə olan müxalifətçi Aleksey Navalnını dəstəkləmiş ruhani təhlükəsizliyinə görə Polşaya qaçıb.

Saytların yığılması Saytlarin yigilmasi

Hədələyici məktublar

Ulyanovsk regionunda Melekes Pravoslav yeparxiyasının keçmiş mətbuat katibi Georgi Suxobski fevralın 7-də “Mojem Obyasnit” (İzah edə bilərik) Telegram kanalına deyib ki, Rusiyadan yanvarın sonunda çıxıb. O, Navalnıya açıq dəstəyinə görə üç ay öncə onu işdən çıxarmış yepiskopu tənqid edəndən sonra hədələyici məktublar aldığını bildirib.

Navalnı ötən il Avropa İttifaqının Saxarov insan haqları mükafatını alandan sonra Suxobski onu təbrik edib və bunun ardınca işini itirib.

“(Rusiya Prezidenti Vladimir) Putin rejimi çökəndən sonra qayıtmağı, hətta imkan olarsa, ruhani kimi xidmət göstərməyi planlaşdırıram”, – Suxobski Telegram kanalına söyləyib. O, Polşanı seçməsini özünün polyak kökü və polyakca səlis danışması ilə izah edib.

Navalnının həmkarları və tərəfdarlarının çoxu son aylar Rusiyadan çıxıb. Çünki Kreml Putinin açıq tənqidçisini dəstəkləyənlərə təzyiq göstərir.

Rusiyadan gedirlər

Ötən ilin yanvarında Almaniyandan qayıdan Navalnı aeroportda saxlanıb. O, sinir qazıyla zəhərlənmədən sonra Berlində beş ay müalicə olunub. Siyasətçi zəhərlənməsinə görə Kremli ittiham etsə də Rusiya rəsmiləri ittihamları rədd edir.

Navalnı hazırda mənimsəmə ittihamları ilə 2 il yarımlıq həbs cəzası çəkir. Özü və beynəlxalq məhkəmələr bu ittihama şübhə ilə yanaşır.

Ötən iyunda Moskva Şəhər Məhkəməsi Navalnıya bağlı bütün təşkilatları ekstremist elan edib. Bu isə Navalnıya və onun Rusiyadakı regional ofislər şəbəkəsinə bağlı şəxslərin dövlət qulluğunda xidmət etməsinin önlənməsi deməkdir.

Bu qurumlara qarşı məhkəmə hökmündə onlarla işləmiş fəallar üçün uzunmüddətli həbs cəzaları nəzərdə tutulub.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button