2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Navalny-ya hücum edildiyi xəbər verilir


Rusiya Korrupsiyaya qarşı Mübarizə Fondunun rəhbəri Aleksey Navalny-ya naməlum şəxslər tərəfindən hücum edildiyi xəbər verilir.

Hücum müxalifət lideri Exo Moskvı radiostansiyasının binasına daxil olarkən edilib.

Bu barədə Aleksey Navalnı özünün Twitter hesabından yazıb:

Saytların yığılması Saytlarin yigilmasi

 

Navalny-ının sözlərinə görə, onun üstünə un və çürümüş südə bənzəyən maye səpiblər.

Müxalifətçi onun bilərəkdən koronavirusa yoluxdurulmasına cəhd edildiyini istisna etmədiyini bildirib.

Siyasətçi hücum edənləri “degenerat” və “Putinin dəstəsi” adlandırıb.

Eyni dəstə

Navalny daha sonra bildirib ki, ona 2017-ci ildə üzünə anilin turşusu və ya Rusiyada “zelyonka” kimi tanınan mayeni atanlar hücum ediblər.

O vaxt Navalny-nın gözləri kimyəvi yanmaya məruz qalmışdı.

Aleksey Navalny Exo Moskvı radiostansiyasına “Şərti olaraq sizin” adlı proqramda iştirak etmək üçün gəlmişdi.

Bu proqramı Moskva işi üzrə keçmiş müttəhim Yegor Zhukov aparır.

Ötən həftə Navalny iki yeni ifşaedici video ilə çıxış etmişdi.

 

Bu videoda Putin başda olmaqla hakimiyyətlə yanaşı RT kanalının baş redaktoru Margarita Simonyan və onun əri Tigran Keosayan külli məbləğdə korrupsiyada ittiham olunurdular.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button