2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Naxçıvan Avtomobil Zavodu istehsalı dayandırıb

Azərbaycanda yeganə minik avtomobilləri istehsalçısı Naxçıvan Avtomobil Zavodu (NAZ) istehsalı dayandırıb.
Bu, Dövlət Statistika Komitəsinin hesabatından məlum olur.
Hesabata görə, 2017-ci ilin yanvar-mart aylarında Azərbaycanda minik avtomobilləri istehsal olunmayıb. Səbəb, anbardakı avtomobillərin satılmaması ola bilər. Belə ki, 01.04.2017-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 119 ədəd minik avtomobili təşkil edib.
2017-ci ilin yanvar-mart aylarında 67 ədəd traktor, 770 ədəd xüsusi təyinatlı kommunal maşınlar istehsal edilmişdir. Birinci rübdə ölkəmizdə yük avtomobilləri də istehsal olunmmışdır. Traktor, kommunal maşınlar Gəncə Avtomobil Zavodunda istehsal olunur.
Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodu “NAZ-Lifan” markalı minik avtomobilləri istehsal edir.
Əlavə edək ki, Azərbaycanda avtomobil satışları kəskin azaldığından idxal da minimuma düşüb.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button