2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Naxçıvan-Bakı təyyarəsində nə baş verib?

Oktyabrın 23-ü saat 19:00-da Naxçıvan-Bakı reysini həyata keçirən təyyarədə təhlükəli vəziyyət baş verdiyi bildirilir. Reysin adının çəkilməsini istəməyən sərnişininin “Turan”a verdiyi məlumata görə, salonda duman çıxıb, havanın temperaturu yüksəlib. Onun deməsinə görə, təcili olaraq hər bir sərnişin üçün fərdi maskalar buraxılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Mənbənin əlavə etməsinə görə, əvvəlcə təyyarənin kapitanı sərnişinlərə təhlükə olmadığını və hər şeyin nəzarət altında saxlandığını deyib, Gəncəyə təcili eniş etmək qərarına gəlib: “Daha sonra qərar dəyişdirildi və təyyarə saat 20:00-da Bakıya endi”.

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Mətbuat xidmətindən isə bildirilib ki, aviaşirkətin Naxçıvan-Bakı reysi (J2-256) üzrə uçan təyyarəsinin göyərtəsində salonun hermetikliyinin pozulmasını göstərən sensorun işə düşməsi nəticəsində oksigen maskaları açılıb: “Təyyarə yerli vaxtla saat 20:01-də ştat rejimində Heydər Əliyev Beynəlxalq Hava Limanına uğurla eniş edib. Bakı aeroportunun texniki xidməti hava gəmisinin yoxlanışını həyata keçirir”.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button