2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Naxçıvan Dəmir Yolları”nda xeyli dövlət əmlakının mənimsənildiyi iddia olunur

Yayımlandı: 16 Yanvar 2023 14:15

 MMC-nin sabiq əməkdaşı məsuliyyətə cəlb edilib

“Naxçıvan Dəmir Yolları” MMC-nin əməkdaşı Ramin Mirzəyev dövlət əmlakının yeyintisində ittiham olunur. Bu barədə Naxçıvan Muxtar Respublikasının prokurorluğu məlumat yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumatda bildirilir ki, səhmləri dövlətə məxsus şirkətdə baş verənlərlə bağlı prokurorluqda araşdırma aparılıb. Nəticədə xeyli miqdarda dövlət əmlakının mənimsənilməsinə şübhələr ortaya çıxıb. Faktla bağlı Naxçıvan MR Prokurorluğunda cinayət işi başlanıb.

“Sübutlar əsasında şirkətin sabiq əməkdaşı Ramin Mirzəyevin qulluq mövqeyindən istifadə edərək, xeyli miqdarda dövlət əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib. Ona Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə ittiham elan edilib. Hazırda istintaq davam edir”, – prokurorluğun məlumatında bildirilir.

Ramin Mirzəyevin ittihama münasibəti, özünü təqsirli bilib-bilmədiyi məlum deyil.

Son aylarda Naxçıvanda bir neçə məmur mənimsəmə, rüşvət ittihamlarıyla cinayət məsuliyyətinə cəlb olunub.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button