ÖLKƏ

Naxçıvan klanı son günlərini yaşayır?

Vitse-diktator Mehriban Əliyevanın hakimiyyəti bir klanlı sistemə keçirmək istiqamətində çalışmaları davam edir. Siyasi ambisiyaları boyunu aşan xanım köhnə qvardiya üzvlərini sıradan çıxararaq bütün önəmli postlara öz kadrlarını yerləşdirir. Növbəti “dayanacaq” parlamentdir. İşlər plan üzrə gedərsə, “Striptiz” Məclisə təyinat üzrə Paşayevlər klanının adamları doldurulacaq. Bundan sonra “islahat” sırası yenidən istiqamətlənəcək Naxçıvan klanının üstünə. Yəni məlum klanla xanım Əliyevanın “dueli” yenidən  başlanacaq. Hələ qarşıda Naxçıvan klanının xeyli akulasını sıradan çıxarmaq planı var. Deyilənə görə, bu sırada Vilayət Eyvazovdan tutmuş, Vasif Talıbova, Zakir Həsənova, Rövnəq Abdullayevə, Kəmaləddin Heydərova, Bəylər Əyyubova qədər bir çoxlarının adları var.  Deyəsən vitse-diktator xanım Naxçıvan regionunu təmsil edən bütün kadrların kabinetinə süpürgə çəkməkdə israrlıdır. Onun tələblərinə görə, yeni klanın hakimiyyət komandasına təmiz Bakı qanlı kadrlar lazımdır.

Artıq PA dəhlizlərində belə, parlament şousundan sonra dəyişiklik rüzgarlarının həm də Naxçıvana istiqamət götürəcəyi söylənir. Şübhəsiz ki, Naxçıvanda yola salınacaq adamların siyahısında birinci adam Vasif Talıbovdur. 25 ildir Naxçıvanı  babasının müstəmləkəsi kimi idarə edən Vasif Talıbovu kimin əvəz edəcəyi ən çox maraq doğuran məsələdir. Hakimiyyət mətbəxindən  sızan xəbərə görə, onun yerinə normal kadr gətirmək planı çoxdan masanın üstündədir. Həmin “normal kadr” da məhz Əliyevanın öz adamı olacaq. Deyilənə görə, illərdir Naxçıvanı Şimali Koreya qanunları ilə idarə edən Talıbovu xoşluqla vəzifəsindən uzaqlaşdırmaq danışıqlar gedir. Onun hətta vitse-prezident vəzifəsinə gətirilməsi planının da olduğu deyilir. Xülasə, deyəsən Naxçıvan klanı, doğrudan da, günlərini sayır. Bu gedişlə, Əliyevlər bəlasının ardınca ölkənin ütünə Paşayevlər bəlası çökəcək. Artıq Naxçıvan klanının fatihəsi verilib və xanımın sülaləsi iri addımlarla hakimiyyət zirvəsinə addımlayır. Lüks düşkünü, tamahkar və iddialı Əliyevanın Naxçıvan klanını sıradan çıxarmaq planın ölkəyə yaxşı nəsə vəd edəcəyini düşünmək sadəlövhlük olar. Çünki illərdir ölkənin qanını soran bir haramzadə sürüsünü başqa bir haramxor sürüsü əvəz edəcək. Məsələn, sabah Rövnəq Abdullayev, Vilayət Eyvazov və ya  Bəylər Əyyubov kimi adamların yeni kadrlarla əvəzlənməsinə sevinməzsinizmi? Şübhəsiz, sevinərsiniz.

Dəyişim olmalıdır, ölkənin indiki bərbad durumunun əsas səbəblərindən biri də elə illərdir o dəyişimə bağlanan qapılardır. Lakin dərd başqadır. Dərd odur ki, yalançı islahatçılar köhnələrin yerinə yeniləri deyil, özününküləri yerləşdirmək təlaşındadır. O adamları ki, sistemin bənzər kadrları kimi eyni yolu davam etdirəcəklər. 16 ildir xalqın maraqlarını şəxsi maraqları naminə qurban verən Əliyevlər cütlüyü ölkəni uçurumun kənarına gətirib çıxarıb. Hələ arxalarını Putinə söykəyib ailə hakimiyyətini bir az da uzatmaq fikrindədirlər. Rusiyanın araya girməsi isə ölkənin maraqlarına ən çox təhlükə törədən məsələdir. Hamı bilir ki, Azərbaycana hər zaman böyük təhlükə ordan gəlir. Amma diktator Əliyevlər üçün ailə və hakimiyyət maraqları daha önəmlidir. Onların əbədi hakimiyyət iddiaları bütün maraqların fövqündədir. Ölkəni klanlardan və fironlardan xilas etməyin tək çarəsi xalqdır. Əliyevlərin ölkə üçün planladıqları yeni qorxulu oyunu yalnız meydana çıxan xalq poza bilər.

24saat.org

Mənbə – azadliq.info

Etiketlər
Daha çox

Bənzər məqalələr

Back to top button
Close
Close