2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Naxçıvan konflikti: “Azərtac” və Siyavuş Novruzov cavab verdi

Milli Məclisə Naxçıvandan seçilən deputat Qüdrət Həsənquliyevin Muxtar Respublikanın rəhbərliyinin tənqidi, o cümlədən Naxçıvan Gömrük Komitəsinin ümumiyyətlə mövcudluğunun qeyri-qanuni olması barədə dedikləri ictimaiyyət arasında geniş rezonans doğurub.

İctimai və siyasi fəal insanlar bu məsələni hakimiyyətdaxili klanlar arasında mübarizənin təzahürü kimi şərh edirlər. Məsələnin vacibliyini göstərən amillərdən biri də dövlət informasiya agentliyi olan “Azərtac”ın Naxçıvan Gömrük Komitəsi barədə tərif dolu materialla çıxış edib, faktiki olaraq Qüdrət Həsənquliyevə cavab verməsidir.

“Hurriyyət” qəzetinə müsahibəsində Qüdrət Həsənqeuliyev deyib ki, Naxçıvanın yerli gəlirlərinə Muxtar Respublikanın Gömrük Komitəsi tərəfindən toplanan vəsait də daxildir.

Saytların yığılması Saytlarin yigilmasi

O qeyd edib ki, dünyanın heç bir federativ və ya konfederativ dövlətində subyektlərin gömrük və miqrasiya xidməti yoxdur.

“Azərbaycan isə hətta unitar dövlətdir. Bu dövlət institutları müstəsna olaraq mərkəzi hakimiyyət tərəfindən formalaşdırılır və gömrük daxilolmaları yerli büdcəyə yox, dövlət büdcəsinə köçürülür. Keçmişdə Naxçıvanın iqtisadi durumunun daha ağır vəziyyətdə olmasını, blokada vəziyyətində yaşamasını nəzərə alaraq, büdcə vəsaitləri hesabına əlavə iş yerlərinin açılması üçün Muxtar Respublikada DGK və DMX formalaşdırılmışdır. Amma bunun mənfi nəticələri ondan ibarət olmuşdur ki, bu gün Naxçıvandan Bakıya və əks istiqamətdə hərəkət edən, əşya və yük daşıyan insanlar gömrük yoxlamalarından keçmək və qanunsuz “rüsum” ödəmək zorunda qalmışlar – sanki başqa dövlətdən gələn əcnəbilər kimi. Hətta Avropa İttifaqının vətəndaşları belə, bir üzv dövlətdən digərinə gedərkən gömrük yoxlamalarına məruz qalmırlar”.

Qüdrət Həsənquliyrv vurğulayb ki, Naxçıvan qanunları Azərbaycan qanunları ilə ziddiyyət təşkil etməməlidir, sadəcə yerli əhəmiyyətli məsələlərin həlliylə məşğul olmalıdır.

“Muxtariyyətlərin xarici siyasət yürütmək, Dövlət Sərhəd Xidməti, Gömrük Komitəsi, ordu qurmaq səlahiyyəti yoxdur. Bu kimi məsələlər, istisnasız, mərkəzi hakimiyyətin səlahiyyətlərinə daxildir. Naxçıvan MR Gömrük Komitəsi də, həmçinin, qanundan kənar yaradılmış qurumdur. Bu kimi dövlət xidmət qurumlarının olması faktiki surətdə unitarlığa ziddir”.

Deputat gömrük keçid məntəqələrinin əməkdaşlarının Bakıdan təyin olunmalı olduqlarını, Naxçıvan Gömrük Komitəsinin isə ləğv olunmasının təklifini verib.

Dövlət informasiya agentliyi olan “Azərtac”da fevralın 25-də, yəni deputatın məlum müsahibəsindən cəmi bir-neçə gün sonra Naxçıvan gömrüyünün uğurları barədə həmin komitəyə istinadən geniş material dərc edilib.

Məqalədə qeyd olunur ki, “ulu öndər Heydər Əliyev Naxçıvanda Ali Məclisin Sədri işlədiyi dövrdə muxtar respublikanın iqtisadi maraqlarının və mənafelərinin qorunması, gömrük xidmətinin formalaşdırılması məqsədilə kompleks tədbirlər həyata keçirib”.

Bildirilir ki, əlverişli coğrafi mövqedə yerləşən Naxçıvanda səmərəli xarici iqtisadi fəaliyyətin təşkili, idxal-ixrac əməliyyatlarına dövlət nəzarət sisteminin təmin edilməsi məqsədilə atılmış ən mühüm addımlardan biri də gömrük orqanlarının vahid mərkəzdən idarə edilməsinin təşkili olub.

Yazıda xəbər verilir ki, Naxçıvan Muxtar Respublikası dünyanın 60-dan çox ölkəsi ilə ticarət əməliyyatları aparır.

“Qonşu İran və Türkiyənin gömrük xidmətləri ilə mövcud olan qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri ticarət və gömrük münasibətlərinin inkişafına öz müsbət təsirini göstərir.

Gömrük sərhəd-buraxılış məntəqələrində quraşdırılmış köşklər vasitəsilə fiziki şəxslər, o cümlədən turistlər sadələşdirilmiş elektron bəyannaməni doldurur, həmçinin gömrük qanunvericilik bazası və səyahətçilər üçün gömrük nəzarəti ilə bağlı qaydalarla tanış olurlar. Gömrük sərhəd-buraxılış məntəqələrində quraşdırılan monitorlarda Naxçıvan Muxtar Respublikasının zəngin turizm potensialı ilə bağlı videoçarxlar nümayiş etdirilir.

Bu gün əminliklə deyə bilərik ki, gömrük işi sahəsində muxtar respublikada yaradılan hərtərəfli şərait qarşıya qoyulmuş vəzifələrin bundan sonra da uğurla icra olunmasına imkan verəcək”, məqalədə deyilir.

Əslən Naxçıvandan olan deputat, YAP icra katibinin müavini Siyavuş Novruzov da öz növbəsində həmkarının dediklərinə kəskin reaksiya verib.

Partiyanın rəsmi saytında dərc etdirdiyi “Naxçıvan: uğurlu inkişaf strategiyası yeni mərhələdə” adlı məqaləsində S.Novruzov Q.Həsənquliyevin Naxçıvan haqqında dediklərini Muxtar Respublikasının mövcudluğunun məqsədyönlülüyünü şübhə altına almaq, onun hüquqi statusuna kölgə salmaq istiqamətində uğursuz cəhdlər kimi qiymətləndirib.

“Guya Naxçıvanın MR-in mövcudluğu Azərbaycan Respublikasının unitar dövlət quruluşu ilə bir araya sığmır. Halbuku, azacıq tarix bilgisi olan şəxs muxtar respublikanın hansı hərbi-siyasi şərtlər altında formalaşdığını və anklav formada Azərbaycandan aralı düşdüyünü yaxşı bilir. Belələri anlamır ki, Naxçıvan MR-nin hüquqi statusu təkcə Azərbaycan konstitusiyası ilə müəyyənləşmir. 1921-ci ildə qəbul olunmuş Qars və Moskva müqavilələrinə görə bölgənin statusu həm də beynəlxalq hüququn əhatə dairəsinə daxil olur. Azərbaycan qanunvericiliyinə görə isə beynəlxalq hüququn yerli hüquq normalarına münasibətdə üstünlüyü mövcuddur. Yəni biz istəsək də birtərəfli qaydada bu statusu ləğv edə bilmərik”.

Daha sonra o, Naxçıvan MR Ali Məclisinin sədrinin səlahiyyətlərinə toxunaraq, qeyd edib ki, Azərbaycan Respublikası Konstitusiyasının 136-cı maddəsinə əsasən Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədridir.

“Bu konstitusion bir səlahiyyətdir və yalnız referendumda dəyişilə bilər. Halbuki, bunu etmək üçün heç bir hüquqi-ictimai zərurət yoxdur”.

Q.Həsənquliyevin Naxçıvanda gömrük orqanlarının Azərbaycanın digər bölgələrindən də gələn malların yoxlanmasına etirazını şərh edərək, bildirib ki, bu şəxslər başa düşmür ki, Azərbaycanın Naxçıvanla birbaşa quru əlaqəsi olmadığı üçün tranzit ölkələrin ərazisindən istifadə etməyi zəruri edir.

“Yad ərazilərdə isə yüklərin içərisinə ən təhlükəli əlavələr edilə bilər. Bu isə Naxçıvanın, onun əhalisinin təhlükəsizliyinə və sağlamlığına qarşı istənilən təxribatı törətmək niyyətində olan bir sıra xarici dövlətləri şirnikləndirə bilər. Düşünürəm ki, belə adi həqiqətləri anlamaq elə də çətin deyil”.

Yaranmış vəziyyəti Meydan TV-ə şərh edən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu hesab edir ki, baş verənlər Naxçıvan klanının daxilindəki fikir ayrılığının təzahürüdür və hər iki tərəf xalqın indiki vəziyyətindən istifadə etmək istəyirlər.

“Ona görə xalq klanlar arası, yaxud klandaxili məsələlərə diqqət yetirməməlidir, özünün hansısa tərəfin maraq dairələrinə çevrilməsinə imkan verməməlidir. Onsuz da Naxçıvanda olanlar da, ondan kənardakıların da, yəni Azərbaycan xalqının sosial-iqtisadi vəziyyəti eynidir. Sadəcə, Naxçıvanda başqa regionlardan fərqli olaraq müəyyən mütərəqqi şeylər var, şəhərin, rayonun təmizliyi, yolların keyfiyyəti”.

Sərdar Cəlaloğlu Muxtar Respublikada iş yerlərinin olmadığı səbəbindən həyat səviyyəsinin aşağı düşdüyünü söylədi: “İnsanlar Azərbaycanı tərk etdikləri kimi, Naxçıvanı da tərk edirlər. Bu gün İstanbulda Naxçıvan kəndləri adıyla məhəllələr var. Yəni bölgə o dərəcədə boşalıb. Elə kəndlər var ki, yüzlərlə evin qapısı bağlıdır. Ancaq bu yalnız Naxçıvanın yox, bütün Azərbaycanın problemidir. 4 milyondan çox adam ölkəni tərk edibsə, həmin proses orda da var. Açıq danışaq, Azərbaycandakı bütün problemlər Naxçıvan üçün xarakterikdir. Əlavə problemlər Naxçıvanın anklav olması ilə bağlıdır”.

ADP sədri bildirib ki, təmsil olunduğu partiya Naxçıvana dövlət statusu veriləndə, qəti əleyhinə olub. Onun sözlərinə görə, Naxçıvanın idarəetməsi Azərbaycanın idarəetməısindən fərqlənir, bu da Konstitusion qəbahətdir. O vurğulayıb ki, Azərbaycan prezidentli respublika, Naxçıvan parlamentli respublikadır ki, bu, aradan qaldırılmalı və dövlət statusu ləğv edilməlidir: “Naxçıvana bu şəkildə status verilməsi yanlış idi. Qüdrət Həsənquliyev zamanında bunu müdafiə edirdi, indi klan daxilində intriqa başladığından əleyhinə çıxır. Əslində, milli və dövlətçilik məsələlərindən bu cür istifadə edilməsi xəyanətin bir formasıdır. Sual olunur, Qüdrət Həsənquliyev Naxçıvana dövlət statusu veriləndə niyə susurdu, indi danışır? Yaxud bizdə dəqiq məlumat var ki, seçkilərdə ona səs yazıb deputat mandatı veriblər? İndi Naxçıvan rəhbərliyi ilə araları dəyib, olublar düşmən”.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button