Gündəm

Naxçıvan rəhbərliyi İlham Əliyevi «geriyə qaytardı»

Ləğv edilən sərəncamın arxasında daha nələr dayanır?

General Rafiq Abbasov Naxçıvan MR Daxili İşlər naziri vəzifəsinə təyin edildi. Vasif Talıbovdan gələn sərt təpki nəticəsində 2- cə saat sonra əmr geri oxundu.
Rafiq Abbasovun sərəncamı və antisərəncamı ilə bağlı məsələ çox maraqlı münasibətlər üzərindən baş verir. Əslində, Rafi Abbasovun Naxçıvana göndərilməsi həm də Ramil Usubovun təşəbbüsüdür. Nazir Usubov xoşuna gəlməyən, iddiaları Azərbaycan DİN səviyyəsində yuxarılara şişmiş adamları başından eləməyə çalışır. Naxçıvan DİN isə, hər halda belə bir yer kimi təsəvvür edilir ki, «bütün iddiaların tavanı» orada məhdudlaşır. R. Abbasovu da oraya buna görə göndərirdilər. «Bundan artığına tamah salma!».
General Abbasovla bağlı sərəncam olub. Bu barədə dəqiq məlumatlar var ki, belə bir sərəncam olub, imzalanıb və cəmi 2 saat sonra ləğv edilib. Bu, əlbəttə, Naxçıvanın davranışı ilə bağlıdır. Vasif Talıbov Rafiq Abbasovu özünün rəhbərlik etdiyi Muxtar Respublikanın Daxili İşlər naziri kimi təsəvvür etmək istəməyib. Ümumiyyətlə, Vasif Talıbov Azərbaycan hökumətinin onun işlərinə burun soxmasını heç bəyənmir. Hətta Bakı nömrəli avtomobillərə də məhdudiyyat qoyub ki, Naxçıvan ərazisində yalnız 60 gün qala bilərlər.

rafiqabbasov

General Rafiq Abbasov əslən Naxşıvandan, Şahbuz rayonundan olsa da, heç zaman orada işləməyib. Bakıda «yetişib», Bakı şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə qədər yüksəlib. Amma Naxçıvanla isti münasibətləri olmayıb. Bəzi mənbələr deyirlər ki, ümumiyyətlə, o, Vasif Talıbovun qorxusundan Naxçıvana tez- tez getməyə cəsarət də etməyib. Nəsə aralarında ziddiyətlər olub. Bir neçə il əvvəl hətta Rafiq Abbasovun bəzi qohumlarına qarşı Naxçıvanda təqiblər də olub. Məsələn, Naxçıvan Qaz İstehsalat Birliyinin sədri, general Rafiq Abbsovun yeznəsi Səxavət Abbasov faktiki olaraq ev dustaqlığı həddinə qədər təqib edilib, özünün və yaxın qohumlarının evində axtarış da aparılıb. Əlbəttə, bu axtarışların məqsədi Səxavət Abbasovun evindən general Rafiq Abbasovu aşkar edib götürmək olmayıb, elə- belə, göstərmək istəyiblər ki, general Bakıdadır, burada isə bizik.
Konkret olaraq, bu sərəncam isə Rafiq Abbasovun şəxsinə münasibətin nəticəsində cırılıb havaya atılmayıb. Rafiq Abbasovu Naxçıvana göndərmək təklifi kimdən olsa, gələ bilər, amma təşəbbüsün rəsmiləşdirilməsi İlham Əliyevin adı ilə bağlıdır. General Abbasovun sərəncamının geriyə oxutdurulması da İlham Əliyevin hakimiyyət xarizmasının yellənməsindən xəbər verir.
Oralardan gələn təəssüratlar bundan ibarətdir.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button