Loading...
Loading...
Xəbərlər

Naxçıvanda gömrük 47 kq tiryək müsadirə edib

Bakı/07.01.22 Naxçıvandan tranzitlə Türkiyəyə mebel yükü daşıyan “DAF” markalı nəqliyyat vasitəsində böyük narkotik partiyası aşkar edilib. Bu barədə Dövlət Gömrük Komitəsinin 7 yanvar tarixli məlumatında deyilir.

Belə ki, “Şahtaxtı” gömrük məntəqəsini keçərkən divan və kresloların qoltuq hissələrində gizlədilmiş 26 ədəd bağlamada, ümumi çəkisi 47 kq 376 qram olan narkotik vasitə – tiryək aşkar edilərək götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) cinayət işi açılıb.

Məlumatda yük maşınının hansı ölkəyə məxsus olduğu, sürücünün hansı ölkənin vətəndaşı olduğu, habelə yükün hansı ölkədən gəldiyi açıqlanmır. Amma məlumdur ki, “Şahtaxtı” gömrük məntəqəsi İranla sərhəddə yerləşir və yük maşını yalnız oradan gələ bilərdi. -02D-

 

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button