2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Naxçıvanda gömrükçülər 242 kiloqram narkotik maddə götürüblər

Bakı/13.12.21 Dekabrın 11-də Naxçıvan Muxtar Respublikasının “Şahtaxtı” gömrük postunda növbəti dəfə böyük partiya heroin götürülüb.

Dövlət Gömrük Komitəsinin məlumatında deyilir ki, narkotik maddə Naxçıvan vasitəsilə tranzitlə Türkiyəyə, oradan da Belçikaya gedən yük maşınında aşkar edilib.

Narkotik maddə maşının saxlanc yerində gizlədilmiş kanistrlərdə olub.

Saytların yığılması Saytlarin yigilmasi

Faktla bağlı Cinayət Məcəlləsinin 206.2-ci (narkotik maddə qaçaqmalçılığı) maddəsilə cinayət işi başlanılıb, məlumatda bildirilir.

Sürücünün şəxsiyyəti və avtomobilin haradan gəldiyi barədə məlumat verilmir. Lakin “Şahtaxtı” buraxılış məntəqəsi yalnız İranla həmsərhəddir. -0-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button