2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Naxçıvanda komitə sədri həbs edildi

Dekabrın 13-də Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov həbs olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Səbail Rayon Məhkəməsindən “Turan”a bildiriblər ki, məmur barəsində istintaq orqanının vəsatəti əsasında həbs-qətimkan tədbiri seçilib.

H.Rüstəmov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək “xüsusi külli miqdarda” vəsaiti, muxtar respublikada tikinti və abadlıq işlərinin yerinə yetirilməsi üçün nəzərdə 212 milyon 361 min manatı mənimsəmədə ittiham olunur.

Məsələ ilə bağlı H.Rüstəmovun və onun vəkilinin münasibətini öyrənmək mümkün olmayıb.

Bundan əvvəl, noyabrın 25-də Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) şöbə rəisi Mənsur Əsgərov, bir neçə gün sonra isə Naxçıvan Muxtar Respublikası Maliyyə naziri Rafael Əliyev barələrində eyni ittihamlarla həbs-qətimkan tədbiri seçilib.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button