2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Naxçıvanda taksi sürücülərinin aksiyası: “Dünənə kimi səsimizi çıxara bilmirdik” – VİDEO

Dünən Naxçıvanda bəzi taksi sürücüləri etiraz aksiyası keçirib.

BBC News Azərbaycancaya danışan sürücülər deyiblər ki, bu ilin martında istifadə etdikləri şəxsi maşınlarını Naxçıvanda yığılan Naz-Lifan markalı taksilərlə əvəz etməyə məcbur olublar.

Sürücülər iddia edirlər ki, “yeni” adı ilə onlara satılmış maşınlar 2017-ci ilin modelidir və “dəyərindən baha qiymətə” satılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Naxçıvan Avtomobil Zavodunun əməkdaşı Elvin Əhmədli BBC-yə açıqlamasında maşınların köhnə olması və baha qiymətə satılması ilə bağlı iddiaları təkzib edib.

Taksi sürücülərinin bir şikayəti də Naxçıvan Muxtar Respublikasının (MR) yol polisi rəhbərliyindəndir. Onlar iddia edirlər ki, taksiləri qeydiyyata saldırarkən sənədləşmə işlərinə əlavə ödəniş etməli olublar.

Bu iddialara Naxçıvan Yol Polisindən cavab almaq mümkün olmayıb.

Qurumdan BBC-yə yalnız onu deyiblər ki, taksi sürücüləri ilə görüş olub, amma görüşün detalları barədə məlumatsızdırlar.

BBC Naxçıvan MR-ın Bakıdakı nümayəndəliyi ilə əlaqə saxlaya bilməyib.

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button