Loading...
Loading...
Siyasət

Naxçıvanda və Şuşa ətrafında atışma davam edir

Bakı/16.08.21 Bazar ertəsi saat 9:30-da erməni silahlı birləşmələri Naxçıvan Muxtar Respublikasının Heydərabad qəsəbəsi yaxınlığında Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar. Atəş atıcı silahlardan açılıb. İtki yoxdur. Bu barədə avqustun 16-da səhər Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Mənbənin məlumatına görə, bazar günü axşam erməni tərəfi Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində Azərbaycanın mövqelərini atəşə tutub.

Bundan əlavə, Qarabağda ermənilər Şuşa şəhərini rusiyalı sülhməramlıların məsuliyyət zonasında yerləşən Müxtarkənd və Qeybalı kəndlərindən atəşə tutublar. Cavab atəşi açılıb, itki yoxdur. -02D-

 

Mənbə
“24 saat”

Gözdən qaçırmayın:  ABŞ Rusiya üçün hava məkanını bağlayır

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button