SEÇMƏ

Naxçıvanın Dövlət Gömrük Komitəsi ləğv olundu

Yayımlandı: 28 Noyabr 2022 15:52

Prezident yeni fərman imzaladı

Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi ləğv edilib.
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 28-də bununla bağlı fərman imzalayıb.

Sənəddə “Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və komitənin strukturunun təsdiq edilməsi barədə” 2012-ci il 4 iyun tarixli Fərmanına istinad olunaraq bildirilib ki, əsasnamənin 5.1-ci bəndindəki “Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi” sözləri çıxarılsın:

“5.8-ci bənddən “Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədrindən” sözləri çıxarılıb. Həmin Fərmanla təsdiq edilmiş “Dövlət Gömrük Komitəsinin strukturu”na aşağıdakı məzmunda 2.1.1-1-ci yarımbənd əlavə edilsin: Naxçıvan Baş Gömrük İdarəsi”.

Fərmanda Dövlət Gömrük Komitəsinə Komitənin strukturunun təkmilləşdirilməsi ilə bağlı təkliflərini 1 ay müddətinə Nazirlər Kabinetinə təqdim edilməsi tapşırılıb.

Noyabrın 23-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Naxçıvan Muxtar Respublikasının (MR) Dövlət Gömrük Komitəsində əməliyyat keçirib. Əməliyyat nəticəsində komitənin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Mansur Əsgərov həbs olunmuşdu. İki gün öncə isə komitənin sədri, general Səhət Həbibbəyli də saxlanılıb.

Meydan TV

Gözdən qaçırmayın:  Köməkçisi: “Navalnının sağlamlığı təhlükə altındadır”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button