2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Naxçıvanın keçmiş daxili işlər naziri həbs olunub

Naxçıvan Muxtar Respublikasının (MR) keçmiş daxili işlər naziri, general-leytenant Əhməd Əhmədov həbs edilib.

Bununla bağlı məlumatı Baş Prokurorluğun mətbuat xidmətindən AzadlıqRadiosuna da təsdiq ediblər.

Saytların yığılması Saytlarin yigilmasi

Bir sıra mətbu orqanlarında Ə.Əhmədovun mənimsəmədə təqsirləndirilərək saxlanması və onun barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı məlumatlar yayılıb. Amma bu məlumatlara, hələlik, Ə.Əhmədovun vəkili və ya yaxınlarından münasibət almaq mümkün olmayıb.

Ə.Əhmədov 2017-ci ildə nazir vəzifədən azad edilmişdi.

Əhməd Əhmədov kimdir?

Ə.Əhmədov 1969-cu ildə Şərur rayonunun Tumaslı kəndində doğulub. 1996-cı ildə Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasını bitirib. O, 1997-ci ildə Naxçıvan MR DİN-in Mütəşəkkil cinayətkarlıqla mübarizə bölməsinin rəisi vəzifəsinə təyin edilib. 2000-ci il iyunun 16-da isə Naxçıvan MR daxili işlər naziri postuna gətirilib.

İşlədiyi müddətdə adı bir çox hallarda insan hüquqlarının pozulması və müxalifətçilərə işgəncə verilməsində hallanıb. Amma həmin vaxt belə məlumatlar heç vaxt rəsmi təsdiqini tapmayıb. Azərbaycan rəsmi qurumları saxlanma yerləri və təcridxanalarda insanlara işgəncə verilməsi ilə bağlı şikayətləri, bir qayda olaraq, təkzib edirlər.

24 saat” “Naxçıvanın keçmiş daxili işlər naziri həbs olunub” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button