2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Naxçıvanın keçmiş nazirinə rədd cavabı verildi

Ali Məhkəmədə 17 il Naxçıvan Muxtar Respublikasının (MR) Daxili İşlər naziri olmuş Əhməd Əhmədovun şikayətinə baxılıb. O iddia edirdi ki, vaxtilə problemlərlə üzləşib, 11 il azadlıqdan məhrum edilməsi haqda hökmdən vaxtında Ali Məhkəməyə şikayət verə bilməyib.

Saytların yığılması Saytlarin yigilmasi

Ali Məhkəməyə kassasiya şikayəti verməkdən ötrü qanunda konkret müddət nəzərdə tutulub. Müddəti ötürən Əhmədov bunun üzrlü səbəbdən baş verdiyini, maneələrlə üzləşdiyini, səhhətində problemlər yarandığını vurğulayaraq müddətin bərpasını istəyirdi. O, ərizəsində göstərib ki, uzun müddətdir Müalicə Müəssisəsində saxlanılır.

Yanvarın 25-də Ali Məhkəmədə onun ərizəsinə baxan hakimlər keçmiş nazirə “yox” cavabı verib. Ələsgər Əhmədovun sədrlik etdiyi hakimlər kollegiyası Əhmədovun göstərdiyi səbəblərin üzrlü olmadığı qənaətinə gəlib.

Sabiq nazirin vəkili bundan sonra Ali Məhkəmənin Plenumuna müraciət etmək niyyətindədir.

2000-2017-ci illərdə Naxçıvan MR Daxili İşlər naziri vəzifəsində çalışmış Əhməd Əhmədov 2020-ci ilin əvvəlində Bakıda həbs olunub. Lakin onun mühakiməsi Naxçıvanda həyata keçirilib. Xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvətalma və s. ittihamlarla sabiq nazir haqqında 11 il azadlıqdan məhrumetmə hökmü çıxarılıb. Apellyasiya instansiyası da bu hökmü qüvvədə saxlayıb. O, özünü təqsirli bilmir.

Əhmədovun adı zaman-zaman insan haqlarının pozulması, işgəncələrlə bağlı müxtəlif hadisələrdə hallanıb.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button