2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Naxçıvanın prokuroru da vəzifəsindən azad edildi

Yayımlandı: 31 Yanvar 2023 17:58

Onun yerinə hələ ki təyinat yoxdur

Səbuhi Şahverdiyev Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsindən azad edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə Prezident İlham Əliyev yanvarın 31-də sərəncam imzalayıb.

Onun yerinə hələ ki təyinat yoxdur.

Səbuhi Şahverdiyev 1972-ci ildə Naxçıvan şəhərində anadan olub.

O, 1994-cü ildə Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat, 2001-ci ildə isə Hüquq fakültələrini bitirib.

S.Şahverdiyev 2001-ci ilin sentyabrında Naxçıvan Muxtar Respublikası prokurorunun müavini vəzifəsinə təyin olunub.

Bir il sonra muxtar respublikanın prokuroru vəzifəsinə təyin edilib.

2022-ci ilin dekabrın 29-da Naxçıvan Muxtar Respublikasının Baş prokurorunun müavini Məhərrəm Talıbov vəzifəsindən azad edilib.

Onun yerinə Sənan Paşayev təyin olunub.

Sənan Paşayev Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini vəzifəsində çalışırdı.

Dekabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov vəzifəsindən istefa verib.

Bir gün sonra Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi təsis edilib.

Bununla bağlı imzalanan fərmanda mərkəzi və yerli icra hakimiyyəti orqanları, digər dövlət qurumları Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyətlərini səlahiyyətli nümayəndə ilə əlaqələndirilmiş qaydada həyata keçirməsi qeyd olunub.

İlham Əliyev Fuad Nəcəflinin Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilməsi haqda sərəncam imzalayıb.

Dekabrın 22-də isə Naxçıvan Ali Məclisi sədrinin bir neçə səlahiyyəti ləğv edilib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button