2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Naxçıvanın sabiq MTN rəhbəri azadlığa buraxılır

Naxçıvan Muxtar Respublikasının keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun barəsində kassasiya şikayətinə baxılıb.

Bu barədə onun vəkili Vüqar Xasayev məlumat verib.

Vəkil bildirib ki, Ali Məhkəmə Vəli Ələsgərovun cəzası 7 il 2 ay 10 gün azaldılıb və üzərində qəti olaraq 6 il 9 ay 20 günə cəza saxlanılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Məhkəmə həmin cəzanı çəkən Vəli Əsgərovun dərhal azadlığa buraxılması ilə bağlı qərar qəbul edib.

Vəkil qeyd edib ki, Vəli Əsgərov hazırda Naxçıvanda cəzaçəkmə müəssisəsində olsa da hələ ki müvəkkili azadlığa buraxılmayıb.

Xatırladaq ki, V.Əsgərov Cinayət Məcəlləsinin 179.3.2-ci – mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə, 308.1-ci – vəzifə səlahiyyətlərindən sui-istifadə və 309.1-ci vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham olunub. Bu maddələrlə yanaşı, V.Əsgərova telefon danışıqlarını qanunsuz dinləməyə görə CM-in 302.2 – əməliyyat-axtarış fəaliyyəti haqda qanunvericiliyi pozma maddəsi ilə də ittiham elan edilib.

2016-cı ildə Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vəli Əsgərov 14 il azadlıqdan məhrum edilib. Naxçıvan Ali Məhkəməsi onum apellyasiya şikayətini təmin etməyib.

Qeyd edək ki, ilk olaraq bu xəbəri “unikal.org” saytı yayıb.

24 saat” “Naxçıvanın sabiq MTN rəhbəri azadlığa buraxılır” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button