Loading...
Loading...
Dünya

Nazarbayev: “Aktobedəki terroru sələfilər törədib”

Qazaxıstanın Aktobe şəhərində iyunun 5-də silah mağazaları və hərbi hissəyə hücum edənlər sələfilər olub.

APA TV-nin məlumatına görə, bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev Təhlükəsizlik Şurasının iclasında deyib.

Nursultan Nazarbayev bəyan edib ki, Qazaxıstanda dini azadlıqlar təmin olunub: “Eyni zamanda dini şüarlar arxasında gizlənərək, ölkədəki vəziyyəti qarışdırmaq istəyənlərə qətiyyətli cavab veriləcək”.

Qazaxıstan prezidenti bildirib ki, Aktobedəki terrorçuların, demək olar ki, hamısı zərərsizləşdirilib. O, qeyd edib ki, hüquq-mühafizə orqanları terrorçuların hamısını tapacaq və onlar cəzalandırılacaq.

Nursultan Nazarbayev hökumətə terrorçuluq və ekstremizmə qarşı mübarizə sahəsində qanunvericilik təşəbbüsü paketinin hazırlanması üçün iki ay vaxt verib.

Gözdən qaçırmayın:  Ukraynalılar "Bayraktar"a mahnı yazdılar
Back to top button