Siyasət

Nazarbayev Azərbaycana gələcək

Bu ilin payızında Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycana səfər edəcək.

“RİA Novosti” xəbər verir ki, bunu Qazaxıstan xarici işlər naziri Erlan İdrisov bu gün keçirdiyi brifinqdə bildirib.

E.İdrisov deyib ki, N.Nazarbayevin payızda Polşa və Serbiyaya səfərləri planlaşdırılır. Onun sözlərinə görə, N.Nazarbayev sentyabrda Çində keçiriləcək“G20 ” sammitinə də dəvətlidir: “Bu ilin payızında Qazaxıstan prezidenti Azərbaycan, Yaponiya, Cənubi Koreya, Ermənistan, Səudiyyə Ərəbistanı və İordaniyaya da səfər edəcək”.

Daha çox

Bənzər məqalələr

Back to top button
Close
Close