2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Nazarbayev el arasına çıxıb

82 yaşlı keçmiş prezident yanvarda baş verən iğtişaşlardan sonra üçüncü dəfədir el arasına çıxır

Saytların yığılması Saytlarin yigilmasi

İctimaiyyət arasında nadir hallarda görünən keçmiş prezident Nursultan Nazarbayev Qazaxıstan paytaxtı Nur-sultanda yeni məscidin açılışına qatılıb. Onu yanvar etirazlarından sonra işdən çıxarılmış iki köməkçisi müşayiət edib.

82 yaşlı keçmiş prezident yanvarda baş verən iğtişaşlardan sonra üçüncü dəfədir el arasına çıxır.

Nazarbayev məscidin tikintisi haqda qısa çıxış edib.

O, Qazaxıstanı otuz ilə yaxın idarə edib. 2019-cu ildə istefa verərək Qasım-Jomart Tokayevi varisi seçib.

Təhlükəsizlik Şurasının rəhbəri kimi müstəsna səlahiyyətlərini saxlayan Nazarbayevin həm də “Elbaşı” titulu qalırdı.

Bu ilin yanvarında yanacağın bahalanmasına etirazlar ölkəni bürüdü, Nazarbayevin hakimiyyəti dövründə kök salmış qohumbazlığa qarşı kütləvi qəzəbə çevrildi. İğtişaşlarda 200-dən çox adam öldürüldü, yüzlərlə saxlanan oldu.

Bu hadisələrdən sonra Tokayev Nazarbayevi Təhlükəsizlik Şurasından kənarlaşdıraraq onun yerinə keçdi. Keçmiş prezidentin bir sıra qohumları və müttəfiqləri vəzifədən çıxarıldı, istefa verdilər. Bəziləri korrupsiya ittihamları ilə həbs olundular.

Tokayevin təşəbbüsüylə iyunda keçirilən referendumla Nazarbayevin adı Konstitusiyadan çıxarıldı, onun “Elbaşı” titulu ləğv olundu.

Tənqidçilər indiki prezidentin təşəbbüslərini kosmetik adlandırırlar. Onlar deyirlər ki, korrupsiya və nepotizmin kök saldığı ölkədə avtokratik sistem əsasən dəyişməyəcək.

24 saat” “
Nazarbayev el arasına çıxıb
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button