2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Nazım vatan hainliğine devam ediyor hala…”

elnur-astanbeyliElnur Astanbəyli

[email protected]

1962-ci ildə Türkiyədən qayıdan Sovet nümayəndə heyətinin üzvlərindən biri özü ilə Ankarada nəşr edilən qəzetlərdən də bir neçə nüsxə gətirir. Məqsədi həmin qəzetləri böyük şair Nazim Hikmətə bağışlamaqdır – vətən torpağından bir ərməğan kimi.

Saytların yığılması Saytlarin yigilmasi

Nazim qəzetləri sevgi ilə vərəqləyir, arada hüznlənir, gözləri yaşarır vətən həsrəti ilə tutuşan Nazim.

Və birdən qəzetlərdən birində özü haqqında yazılan yazıya ilişir baxışları. “Nazım Hikmet vatan hainliğine devam ediyor hala”.

Sarsılır Nazim. Sanki başından bir qaynar qazan su tökürlər.

Əslində, özü haqqında bu ittihamı ilk dəfə eşitmir, oxumurdu. Hələ Türkiyədəykən hər addımda “vətən xaini” damğası ilə hey qarşı-qarşıyaydı.

Amma bu dəfə durum fərqli idi, Türkiyə həsrəti ilə yanıb-yaxılan Nazim Hikmət məmləkətindən gələn ərməğandan haqqında “vətən xaini” sözlərini oxuyunca bu sanki ilk dəfə başına gəlirmiş kimi darmadağın olmuşdu.

Və o məşhur şeirini yazmışdı böyük şair:

Evet, vatan hainiyim,

siz vatanperverseniz,

siz yurtseverseniz, ben yurt

hainiyim, ben vatan hainiyim.

Vatan çiftliklerinizse,

kasalarınızın ve çek defterlerinizin

içindekilerse vatan,

vatan, şose boylarında

gebermekse açlıktan,

vatan, soğukta it gibi titremek

ve sıtmadan kıvranmaksa yazın,

fabrikalarınızda al kanımızı içmekse vatan,

vatan tırnaklarıysa ağalarınızın,

vatan, mızraklı ilmühalse,

vatan, polis copuysa,

ödeneklerinizse, maaşlarınızsa vatan,

vatan, Amerikan üsleri, Amerikan bombası,

Amerikan donanması topuysa,

vatan, kurtulmamaksa

kokmuş karanlığımızdan,

ben vatan hainiyim.

Hər dəfə rejim və onun yandaşlarından müxalif fəallara, Azərbaycanı aydınlıq günlərə, işıqlı gələcəyə daşımaq istəyənlərə, bu ölkəni modern, mədəni, demokratik dünyanın bir parçası kimi görməyi arzulayanlara “xalq düşməni”, “vətən xaini”, “düşmən dəyirmanına su tökən” kimi yarlıqların yapışdırıldığını görəndə Nazim Hikmətlə bağlı bu hadisə düşür yadıma.

Nazimi “vətən xaini” görənlər, onu bu şəkildə suçlayanlar hardadır, sağdırlarmı, ölmüşlərmi, bəlli deyil.

Nazimin isə tarixdəki və könüllərdəki yeri hər kəsə məlumdur.

Dediyim odur ki, 21-ci əsrdə hələ də bir ölkədə Sistemə, ayrı-ayrı hadisələrə və insanlara, dünənə, bu günə və gələcəyə baxışları fərqli olan adamlar “vətən xaini” deyərək gözdən salınmağa çalışılırsa, mənəvi terror hədəfi seçilirsə, o ölkənin halı yamandır deməli, yolu dumandır.

Hansı çağda yaşadığımızı xatırlayın, xanımlar və cənablar. Təqvim 2016-cı ili göstərir. Bu gün 1937-ci ilin leksikonu ilə danışmaq ayıbdır. Bu gün 50, 100, 200… il öncəki repressiv rejimlərin sevimli damğalarından yararlanmaq utancvericidir.

Bu cür “mübarizə” üsullarının Azərbaycanı kənardan nə qədər çağdışı göstərdiyini artıq dərk və qəbul etmək lazımdır.

Məndən bu qədər.

Amma yenə də özünüz bilərsiniz.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button